Üzümüzün qızarmasının səbəbləri

Üzümüzün qızarmasının səbəbləri
Saç və Dəri baxımı
10.09.2017 21
Bəzən
üzümüzün həddindən çox qırmızı olması əsəblərimizi yerindən oynada
bilər. Əgər hər hansı bir günəş yanığınız yoxdursa və üzünüz
qırmızıdırsa, deməli,bunun bir səbəbi var. Üzünüzdəki qırmızılıq dəri
altındakı qan damarlarının genişləməsi səbəbiylə yanaq, alın, burun və
çənədə meydana gələn xroniki bir dəri xəstəliyidir. Dəqiq bir müalicəsi
olmasa da çox günəş altında qalmamaq və ədviyyatlı qidaları azaldaraq
qarşısını almaq olar.



Ev təmizləmə məhsulları, plastik qablar və boyalar kimi bəzi maddələrə
qarşı həssaslıq və yaxud allergiya da qırmızı ləkəli bir dəriyə sahib
olmanıza səbəb ola bilər. Bəzi maddələri istifadə edərkən üzünüzdə bir
alovlanma olduğunu fərq etsəniz dərhal o maddəni rədd edərək əl-üzünüzü
yaxşıca yuyun.



Dərinizin qırmızı olması quru dəridən də qaynaqlana bilər. Qırmızı
dərinizi ört-basdır etmək üçün istifadə etdiyiniz makiyaj məhsullarından
da ehtiyatla istifadə etməyiniz məsləhət görülür.Çünki bilmədən
üzünüzdəki problemi daha da dərinləşdirə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!