Quru şampun: Saçı bir neçə dəqiqəyə təmiz edir

Quru şampun: Saçı bir neçə dəqiqəyə təmiz edir
Saç və Dəri baxımı
10.09.2017 6
Təmiz
və baxımlı saçlar hər kəsin gözəlliyində təməl nöqtələrindən biridir.
Biz hər zaman saçlarımızın təmiz olmasını diqqət etməli və onlara qulluq
etməliyik. Lakin, bəzən olur ki, çox tələsirik və saçımızı yumağa,
yenidən fenləməyə vaxtımız olmur. Bunun da çarəsi çoxdan tapılıb – quru şampun.



Quru
şampun toz və ya sprey halında olan vasitə olmaqla, çox sürətli şəkildə
çirkli saçı təmiz göstərməyə nail olmaq üçün istifadə edilir. Əgər
sizin həqiqətən də başınızı yumağa vaxtınız yoxdursa, bundan rahat
seçiminiz ola bilməz.

Flakonun
içində olan müxtəlif ətirli tozun təsir qaydası çox sadədir: içindəki
tərkib hissələri saçda olan çirk və yağlılığı içinə çəkərək, saçın təmiz
görünməsini təmin edir.  Lakin, bu tozun digər faydalı xüsusiyyətləri
də mövcuddur. Quru şampun vasitəsilə saçlarınıza həcm də verə
bilərsiniz.  Bundan başqa sarışın xanımlar saçlarını rəngləyib və
yenidən dibləri çıxıbsa, bu şampun vasitəsilə onları gizlədə də bilər.
Pariklərin və şinyonların təmizlənməsi üçün də istifadə edilə bilər.



İstifadə Qaydaları

Quru
Şampunu ancaq və ancaq quru saçlara çəkmək lazımdır. İstifadə
etməmişdən əvvəl flakonu yaxşıca silkələyin və daha sonra daranmış
saçları hissə-hissə ayıraraq, tətbiq edin. Saçın dibinə daha çox
olmaqla, bütün uzunluq boyu çəkin. Heç bir halda, həddindən artıq
istifadə etməyin. Bu əks effekt yaradır və saçların daha da çirkli,
yağlı görünməsinə səbəb olur.

Vasitəni
saçlarınıza çəkdikdən sonra, 2-3 dəqiqə gözləyirsiniz ki, proses baş
versin. Daha sonra yavaş hərəkətlərlə başınızın dərisini masaj edib,
saçlarınızı silkələyib, daraya bilərsiniz. Quru şampunla birlikdə,
saçlarınızdakı kir və yağ da yox olacaq.

Lakin,
unutmayın ki, bu şampundan ancaq çox təcili olduğu hallarda istifadə
etmək olar. Tez-tez istifadə olunduqda, saçlarda kəpəklənməyə də yol aça
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!