Ayaq qoxusu: səbəbi və çarəsi

Ayaq qoxusu: səbəbi və çarəsi
Saç və Dəri baxımı
10.09.2017 34
Su
və duzlardan ibarət olan tər iysiz olur. Lakin dərinin üzərinə düşdükdə
tər burada yaşayan mikroblar və onların ifraz etdiyi toksinlərlə
qarışaraq xoşagəlməz qoxuya səbəb olur.



Ayaqların daimi bağlı qalması tər qoxusunun artmasına gətirib çıxardır.

Bu problemlə bir çox insanlar üzləşir.

Xoşagəlməz ayaq qoxusunun səbəbləri arasında:

- güclü tərləmə

- sintetik materiallardan hazırlanmış ayaqqabılar və corablar

- şəxsi gigiyena qaydalarına əməl edilməməsi

- ayaq dərisinin və dırnaqların göbələk xəstəliyi

Ayaq qoxusunu yox etmək üçün məsləhətlər:

1. Hər axşam ayaqlarınızı xüsusi antibakterial sabunla yuyun.

2. Corabları hər gün dəyişin.

3. Ayaqqabıları hər gün havaya verin. Günəş şüaları xoşagəlməz iyi çox yaxşı yox edir.

4. Təbii materiallardan olan ayaqqabı və corab geyinin.

5. İsti havada bağlı ayaqqabı geyinməyin.

6. Ayaqlar üçün olan xüsusi dezodorantlar və antiperspirantlardan istifadə edin.

Xalq təbabəti vasitələri:

1. Palıd ağacı
dəmləməsi ayaq qoxusunu yox etməyə kömək edir. 3 x.q. palıd qabığını 1 l
qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün, axşam ayaqlarınızı yuyun
və bu dəmləmədə 10 dəqiqə saxlayın.

2. Adi qara çay da yaxşı kömək edir. Artıq qalmış çayı atmayın, vannaya tökün və ayaqlarınızı 5-10 dəqiqə bu vannada saxlayın.

3.
3 xörək qaşığı çobanyastığını 1 l qaynar suda dəmləyin, vam odda qapağı
bağlı qazanda 5 dəqiqə saxlayın, soyudun, süzün və ayaq vannaları üçün
istifadə edin.

4. 1 l ilıq suya 3 x.q. soda əlavə edin və ayaqlarınızı bu suda yuyun.

5. Suya araq və ya tibbi spirt əlavə edin və ayaq vannaları edinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!