Saçların tökülməsinin qarşısını alan maskalar

Saçların tökülməsinin qarşısını alan maskalar
Saç və Dəri baxımı
10.09.2017 52
Bu təbii maskalar saçları möhkəmləndirir, saçların tökülməyini azaldır.



1. 1 xörək qaşığı ayıpəncəsi yağı 1 xörək qaşığı balla yaxşı
qarışdırılır, 2 çalınmış yumurta sarısı əlavə olunur, yaxşı
qarışdırılır. Maskanı saçlarınızın köklərinə çəkin, massaj edin,
saçlarınızı sellofanla, sonra dəsmalla bağlayın və 1 saat saxladıqdan
sonra yaxşı yuyun.



2. 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1
xörək qaşığı təzə limon şirəsi yaxşı qarışdırılır və saçların köklərinə
çəkilir. Maskanı 1 saat saxlayın və sonra yuyun.



3. 1 baş soğan blenderdə əzilir, 2 xörək qaşığı ağ gil və 1 çay qaşığı
balla qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat
saxlayın və yuyun.



4. 2 xörək qaşığı rəngsiz xına, 1 xörək qaşığı gənəgərşək yağı, 1
yumurta sarısı. Xınanın üzərinə isti su tökün və qarışdırın (sıyıq kimi
alınmalıdır). Xına ilıq olanda gənəgərçək yağı və çalınmış yumurta
sarısını əlavə edin, yaxşı qarışdırın və saçlarınızın köklərinə çəkin. 2
saatdan sonra maskanı yuyun.



5. 1 xörək qaşığı qırmızı bibər tinkturası (apteklərdə satılır) 1 xörək
qaşığı gənəgərçək və 1 xörək qaşığı badam yağları ilə qarışdırın, 1
çalınmış yumurta sarısını əlavə edin, yaxşı çalın və saçlarınızın
köklərinə çəkin. 1 saat saxlayın və sonra yuyun.



Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!