Zədələnmiş saçlara evdə peşəkar qulluq

Zədələnmiş saçlara evdə peşəkar qulluq
Saç və Dəri baxımı
10.09.2017 7
Saçların
boyanması, fendən istifadə,  sprey, mus kimi saç şəkilləndiriciləri
sayəsində saçlarımız zədələnir, zəifləyir və sağlamlıqlarını itirir.
Təkcə bu məhsullar deyil, həm də, günəş şüaları, ekoloji çirklənmə,
düzgün qidalanmamaq da bu zədələnmələrə gətirib çıxardır. Zədələnmiş və
zəif saçlarınızı bərpa etmək istəyirsənizsə 2 üsulu nəzərdən
keçirtməlisiniz: birinci təbii yağlar və ikinci isə gözəllik
salonlarından peşəkar kömək almaq. Amma bəzən çoxlarımızın gözəllik
salonlarından kömək almağa vaxtımız və imkanımız olmur. Biz sizə bu işdə
kömək etməyi düşünürük. Bunun üçün sizə evdə zədələnmiş və zəif
saçlarınıza peşəkar qulluq təqdim edirik.

 

Təbii yağlar və mətbəxdəki möcüzəniz

Təbii
yağlar və mətbəxdəki məhsullarla ən az gözəllik salonlarından alınan
təsiri evdə qulluq edərək də ala bilərsiniz. Nəticədə həm pulunuz
cibinizdə qalar, həm də, saçlarınıza tətbiq etdiyiniz məhsulun tərkibinə
də, nəzarət edə bilərsiniz. Amma bilin ki, evdə etdiyiniz qulluq
salonlarda edilən qulluğa nisbətən gec təsir göstərə bilir və zamanınızı
alır.



Saçlarınız
qırılmasın, güclü olsun deyə, yumurta maskası istifadə edə bilərsiniz.
Bunun üçün 1 ədəd yumurtanı yaxşıca çalın və 1 ç.q. bal əlavə edin,
yenidən yaxşıca qarışdırın. Sonra saçlarınıza kökdən uca çəkin. 15-20
dəqiqə saxlayıb ilıq su və şampunla yuyun.

Saçları
və qurumuş baş dərinizi nəmləndirmək üçün zeytun yağı, hind qozu yağı
əlavə edib qarışdırın. Sonra saçlarınıza və dərinizə 10-15 dəqiqə masaj
edərək çəkin, 30 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Nəticədə saçlarınız
yumşalacaq. Bu təbii qulluğu həftədə 1-2 dəfə edə bilərsiniz. Təsirini
3-4 həftə sonra görə bilərsiniz.

Quru,
zəif və zədələnmiş saçlar üçün digər bir maska isə avokado maskasıdır.
Maskanı hazırlamaq üçün 1 stəkan zeytun yağı, 1 ədəd əzilmiş avokado və 1
ç.q. balı götürüb yaxşıca qarışdırın. Sonra saçlarınıza çəkib 30 dəqiqə
saxlayın. Avokado olmasa banan da istifadə edə bilərsiniz. 
Saçlarınızın ucu tez-tez qırılarsa axşam evə gəldikdən sonra
saçlarınızın ucuna zeytun yağı çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!