Qara nöqtələrin təmizlənməsi

Qara nöqtələrin təmizlənməsi
Saç və Dəri baxımı
10.09.2017 27
Qara nöqtələri təmizləmək üçün:

Yumurta və salfetkanın köməyi ilə qara nöqtələrdən azad olmaq mümkündür.



Yumurtanın sarısı və ağını bir-birindən ayırıb iki fərqli kasalara əlavə edin.



Daha sonra ağını çırpın və alnınıza, burnunuza və çənənizə sürtün.
Yumurta sürtdüyünüz bölgələrin üzərinə incə salfetka ilə bağlayın və
qurumasını gözləyin və ya fen vasitəsilə üzünüzdəki maskanı qurudun.



Salfetkalar quruduqdan sonra yavaşca üzünüzdən soyaraq çıxarın.
Salfetkanın üzərində tükə bənzər şeylər görəcəksiniz, bunlar
közənəklərinizi bağlayan kir və yağlardır.



Maskanın ikinci mərhələsi isə yumurta sarısıdır. Yumurta sarısını
çırpın və üzünüzün hər tərəfinə sürtün. Göz və dodaq çevrənizə
sürtməyin.



Yumurta sarısı üz dərinizdə şəffaf və parlaq maska kimi olacaq. Maska quruyana qədər gözləyin və daha sonra bol su ilə yuyun.



Yumurta sarısının tərkibindəki faydalı yağlar dərinizi nəmləndirəcək və qidalandıracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!