Kəpəkdən birdəfəlik yaxa qurtarmağın yolları

Kəpəkdən birdəfəlik yaxa qurtarmağın yolları
Saç və Dəri baxımı
10.09.2017 26
Gəzməyə,
işə getdiyinizdə, evə gəldiyinizdə davamlı olaraq çiyinlərinizdə və saç
aralarınızda kəpək görməkdən yəqin ki, bezmisiniz. Bəs bu zəhlətökən
haldan birdəfəlik yaxa qurtarmaq necə, yoxlamısınız? Əgər məğlub
olmusunuzsa bu dəfə sizə təqdim etdiyimiz mübarizə üsulları ilə kəpəyə
qalib gələcəksiniz.

Kəpək niyə əmələ gəlir?
Kəpək,
xüsusilə, saçlarını ya az, ya da ki, tez-tez yuyan insanlarda rast
gəlinir. Çünki saçlarını az yuyan insanların baş dəriləri az yağlı, çox
yuyanlarda isə daha çox yağlı olur. Buna görə də, kəpəyin qarşısını
almaq üçün ilk addım məhz baş dərisində yağ balansını qaydaya
salmaqdır. Əks halda kəpəkdən yaxa qurtara bilməyəcəksiniz. Digər
tərəfdən saçlara çəkilən jele, mus, saç spreyləri də baş dərisində kəpək
yaradır. Bunun səbəbi isə belə məhsulların tərkibində
kimyəvi maddələrin həddən artıq çox olmasıdır. Onlar baş dərisindəki
məsamələri bağlayır və nəticədə kəpək yaranır. Quru dəriyə sahib
olmağınızın da kəpəyin əmələ gəlməsində böyük rolu var. Belə olduqda
kəpək xırda yox, pul-pul tökülür. Kəpəyin əmələ gəlməsində stressin, az
su qəbul etməyin  də payı var. 

Kəpəyə qarşı mətbəxdəki məhsullarla həll
Kəpəyin
yaranma səbəblərini bildikdən sonra onu yox etmək üçün düzgün həll
yolları axtarmaq lazımdır. Təbii ki, ən yaxşı və faydalı həll
yollarından biri təbii, mətbəxdəki, əlimizin altında olan məhsullarla
müalicədir. Bunun üçün bir neçə üsulu yoxlaya bilərsiniz:
1.
Saçlarınızı yuduqdan sonra alma sirkəsi ilə saçlarınızı masaj edin.
Amma diqqət edin ki, sirkə başınızda 5 dəqiqə qalsın, daha sonra ilıq su
ilə yaxalayın. 
2.
Duşa girməmişdən əvvəl saçlarınızı isladın, bir stəkana bir az sirkə və
bir az da limon suyu əlavə edib 4-5 dəqiqə masaj edin. Sonra
saçlarınızı yuya bilərsiniz.
3. Saçlarınız quru halda olarkən onların dibini duzla masaj edin. Daha sonra isə şampunlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!