Saçlarınıza həcm qazandırmağın yolları

Saçlarınıza həcm qazandırmağın yolları
Saç və Dəri baxımı
10.09.2017 11
Saçlarınız
nazik və həcmsiz ola bilər. Amma belə saçlarınıza təbii və düzgün
şəkildə qulluq etdiyiniz zaman onlara qalınlıq, həcm qazandıra
bilərsiniz. Bunun üçün düzgün qulluq vasitələrini və şampunu seçmək
lazımdır. Gəlin birlikdə saçlarımıza həcm qazandırmağın yollarını
öyrənək və düzgün şampunu seçək.

Əsasən,
saçlarımızın nazikliyi, həcmsizliyi ailəmizdən bizə genetik olaraq
keçən səbəblərə bağlı ola bilir. Bəzən isə düzgün qidalanmamağın
nəticəsində yaranan vitamin çatışmazlığı, günəşin altında çox qalmaq,
fen və saç şəkilləndirici alətlərin istisi, tez-tez saçları boyamaq,
zədələyici saça qulluq vasitələri də saçların həcmsiz olmasına gətirib
çıxardır. Bu cür faktorlar eyni zamanda saç tellərini nazikləşdirməklə
bərabər, saç köklərinin də zəifləməsinə səbəb olur. Belə hallarla
mübarizə üçün evdə təbii yağlar və digər vasitələrlə tətbiq edəcəyiniz
qulluq üsulları var.



Daha həcmli saçlar üçün evdə maskalar

Saçlarınıza
həcm vermək üçün istifadə edəcəyiniz bir çox maskalar var. Yumurta
maskası, xına maskası, qatıq maskası və s. Amma saçlarınızı daha gur və
həcmli etmək üçün istifadə edəcəyiniz ən asan maska 2 ədəd yumurta ağını
köpüklənənə qədər qarışdırıb saçlarınıza kökdən uca qədər çəkin, 30
dəqiqə gözləyib ilıq su ilə yuyun.



Təbii yağlarla qulluq

Badam,
zeytun kimi yağlar saçlarınızı qidalandırır, saç tellərinizi və
dərinizi günəşin zərərli təsirlərindən, qırılmalardan qoruyur. Bu
yağları saçlarınıza tətbiq etmək çox asandır. Barmaq uclarınızla 10-15
dəqiqə baş dərinizi masaj edin. Nəticədə baş dərinizdə qanın fəaliyyəti
yaxşılaşacaq və saçlarınızın kökləri güclənəcək. Yağın qalan hissəsini
isə bütün saçlarınıza çəkib 30 dəqiqə gözləyin. Sonra isə yuyun. Yağla
olan maskanı həftədə 1-2 dəfə təkrarlaya bilərsiniz.



Saça həcm verən vitaminlər

Saça
qulluqda ən vacib nüanslardan biri onları düzgün vitamin və
minerallarla təmin etməkdir. Xaricdən nə qədər də qulluq etsəniz düzgün
qidalanmasanız bunun heç bir faydası olmayacaq. Bütün vitamin və
mineralların müəyyən miqdarda saça faydası var. A və E vitamini isə
saçlara daha çox faydalıdır. A vitamini saçın uzanmasını təmin edərkən, E
vitamini də saç tellərinin qalınlaşmasına kömək edir, saçlara həcm
qazandırır. Bu vitaminləri həb və ya qida olaraq qəbul edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!