Xanımların nəzərinə: saçınızı boyamadan iki gün əvvəl...

Xanımların nəzərinə: saçınızı boyamadan iki gün əvvəl...
Saç və Dəri baxımı
10.09.2017 29
Müəyyən
yaş ötdükdən sonra ağarmış saçları gizlətmək üçün qadınlar boyaya
müraciət edir. Gənc xanımlar isə fəsilə, dəbə uyğun olmaq üçün saçlarını
boyayırlar. Hər iki halda ilk növbədə saçların sağlamlığını düşünmək
lazımdır. Saçlarını boyayan zaman xanımlar çox zaman xoşagəlməz hallarla
da rastlaşırlar. Bunun qarşısını almaq və saçların sağlamlığını
qoruyaraq rənglənməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır. 

Qaydalarla sizi də tanış edirik.

 

- Boyadan 1-2 gün əvvəl saçları yumaq olmaz. Saç dərisinin yanmasının
qarşısını almaq üçün boyadan əvvəl saçlar yuyulmamalıdır.

 

- Yenidən rəngləmək üçün ən azı 1-2 həftə gözləmək lazımdır. Çox zaman
xanımlar saçlarını boyadıqdan sonra istədikləri rəngi almadıqlarını
düşünürlər. Yenidən boyamaq üçün tələsməyin. Ən azı 1-2 həftə
gözləməsəniz, saçlarınız parlaqlığını və sağlamlığını itirər.

 

- Saçlarınızı rəngləməzdən əvvəl nəmləndirin. Çünki saçlar zaman
keçdikcə məsaməli bir hal alır. Daha sağlam saçlar üçün rəngləmədən 2
həftə əvvəl nəmləndirmə terapiyası etmək vacibdir.

 

- Durulanmayan saç kremi istifadə edin. Bu saç kremləri saç rənginin
solmasının qarşısını alır. Durulanmayan kremlər saç tellərini günəş
şüalarının mənfi təsirlərinə qarşı qoruyur.

 

- Boyalı saçlar üçün uyğun məhsullardan istifadə edin. Saçlarınızı
boyadıqdan sonra əlinizə keçən hər şampunla başınızı yumayın. Boyalı
saçlar üçün təklif edilən şampun, qidalandırıcı qulluq kremləri və
yağlarına üstünlük verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!