Saçlar qulluq tələb edir

Saçlar qulluq tələb edir
Saç və Dəri baxımı
10.09.2017 40
Qurumuş və yapıxmış saçları canlandırmaq üçün zeytun yağından istifadə edilir. 



Saçların parlaq olması və qidalanması üçün 2 qaşıq zeytun yağını
isidib, saçınızın dərisinə sürtüb, ehmalca masaj edin. Xovlu dəsmalı
isti suda isladıb sıxın və başınızı həmin dəsmalla sarıyın. Dəsmal
soyuduqca eyni əməliyyatı bir neçə dəfə təkrar edin. Sonra saçlarınızı
yuyub, qurulayın. 

Yarım fincan yaşıl zeytun yağını bir fincan süzülmüş balla qarışdırın.
Sonra bu qarışığı bir neçə gün saxlayın. Daha sonra həmin qarışığı
saçınızın dərisinə vurun. Ancaq bunu edərkən darağın dişlərinin dərinizə
batmasına imkan verməyin. Başınızı neylon parça ilə sarıyıb, istiliyi
mühafizə edin. Yarım saatdan sonra saçlarınızı yuyub qurulayın. Bu
əməliyyat tünd saçların işıltılı olmasını təmin edir. 

İki yumurtanı çırpıb, içinə 1 qaşıq zeytun yağı, 1 qaşıq qliserin, 1
qaşıq sirkə (mümkünsə, alma sirkəsi) əlavə edin. Saçınızı şampunladıqdan
sonra bu qarışığı sürtüb, 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca
yaxaladıqdan sonra saçlarınızın qısa bir vaxtda canlandığını
görəcəksiniz. 

İçində su qaynayan geniş qazana kiçik qab yerləşdirin. Yarım fincan
günəbaxan yağını, 1 qaşıq kakao yağını, 1 qaşıq susuz lanolini həmin
qabın içində əridin. Bütün bu yağlar əriyənə qədər qabı qaynar suyun
içindən çıxarın və qarışığı yaxşıca qarışdırın. Bu qarışıqdan 1 qaşığa
qədərini götürüb, 1 qaşıq su qatın və qarışdırın. Həmin mayeni başınıza
sürtün və 15-30 dəqiqə gözləyin. Sonra saçınızı yuyub qurulayın. Bu üsul
tündrəngli saçlara canlılıq və parlaqlıq verəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!