Üzə nə üçün masaj lazımdır?

Üzə nə üçün masaj lazımdır?
Saç və Dəri baxımı
10.09.2017 9
Masaj
adətən müalicə məqsədilə orqan və toxumalara mexaniki, refleks
təsiri bağışlayaraq qanın hərəkətini qaydasına qalır. Gözəllik və
sağlamlığı qorumaq üçün masaj olan yerdə xüsusi əməyə ehtiyac yoxdur. Üz
masajı dərinin tez yaşlanmasının qarşısını almaq, ona gözəl baxmaq üçün
əlverişli və rahat yol axtaranlar üçün əsl tapıntıdır. Üz masajı nədir,
nəyə faydası var və niyə üzümüzü masaj etməliyik – gəlin bu suallara
birlikdə cavab tapaq.



Üz masajı nədir?

Masajın
çox növləri var, onların əksəriyyətini uzun müddət öyrənmək
lazımdır. Amma üz, boyun və dekolte üçün sadə kosmetik masaj növləri də
mövcuddur. Belə masajı 20-25 yaşdan başlayıb etmək lazımdır. Çünki məhz
bu yaş intervalında qeyd etdiyimiz hissələrdə toxumaların yaşlanmağa
meyilliliyi başlayır. Üz masajı təkcə yaşlanmanın qarşısını almır, həm
də, qanın fəaliyyətini sürətləndirir, maddələr mübadiləsini
yaxşılaşdırır, dərinin oksigeni rahat şəkildə qəbuluna şərait yaradır.
Bundan əlavə, o dəri reseptorlarına təsirə görə sinir və endokrin
sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üçün bir çox bioloji aktiv
molekulların meydana gəlməsinə səbəb olur.



Üzə nə vaxt masaj etmək lazımdır?

Masaj
axşam edildiyi kimi, gündüz də edilməlidir. Günün birinci yarısı
axşamdan qalan şişkinlikləri aradan qaldırmaq üçün masaj edilirsə, günün
ikinci yarısı zəruri olan pre-limfatik drenaj masajını etməlisiniz. Üz
masajı üçün ideal zaman 19:00 - 20:00 intervalıdır. Bu zaman dərinin
istirahət zamanıdır və edilən masaja tez cavab verir. Masaj üzün və əlin
tam təmizlənib, qurudulmasından sonra edilməlidir. Üzdə problemlər
(əsasən sinir problemləri) varsa masaj etməməlisiniz. Əgər masajı
hər hansı bir alətlə edəcəksinizsə mütləq onun dərinizə uyğun
olub-olmadığına diqqət edin. Dəriniz yağlıdırsa yağla masajdan uzaq
durun. Üzünüzü 10-15 dəqiqəlik masaj etmək niyyətindəsinizsə bunun üçün
xüsusi masaj aləti seçə bilərsiniz. Əgər masajı axşam kreminizlə etməli
olsanız çalışın müddət 5 dəqiqəni keçməsin. Bunun üçün kremi 1.5-3 ml
götürüb, ovucun içində bir az isidib sonra masaj başlamaq lazımdır.



Masaj üçün ən yaxşı texnika

Ovucunuzu
çənənin altından (üz çənədən başlayır) yerləşdirin. Elə yerləşdirin ki,
2 və 3-cü barmağınız burnunuza tam toxunmasın. Və başlayıb ancaq
barmaq uclarınızla üzünüzü masaj edin, çalışın barmaqlar kipriklərdən
1.5-2 sm aralı olsun. Daha sonra boyun və dekolte hissəyə keçin. 0.5-1
ml krem götürün və başlayın masaj etməyə. Amma müddəti çox uzatmayın.
Krem əlinizdən tam bitəndən sonra masajı dayandırın. Göz ətrafı üçün isə
xüsusi krem istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!