Üz üçün idman

Üz üçün idman
Saç və Dəri baxımı
10.09.2017 15
İdman əl və ayaqlar üçün
deyil, həm də üz üçün vacibdir. Qırışlarla mübarizə üçün xüsusi
kremlərin, maskaların, salon prosedurlarının köməyindən istifadə etmək
olar. 

Dərinin gəncliyinin ömrünü keyfiyyətli yuxu, sağlam qida da uzadır. 

Üz
əzələlərini möhkəmləndirmək üçün xüsusi fiziki hərəkətlər də mövcuddur.
Hər gün bu hərəkətləri icra etsəniz əzələləriniz üçün nə qədər effektiv
olduğunu görəcəksiniz. Üz əzələlərini canlı saxlayan sadə hərəkətləri təqdim edirik. 







1.Təəcüblənin - qaşqabağını tök

Qaşlarınızı
mümkün qədər yuxarı qaldırın. Bir necə saniyə belə qalın, daha sonra
isə qaşlarınızı çatın. Bu göz ətrafındakı - qaz ayağı adlanan bölgə və
alındakı qırışlar üçün faydalıdır. 







2. Hava şarı

Ordları şişirdin və bir necə saniyə bu vəziyyətdə qalın. Üz əzələləri üçün əla məşqdir. 







3. Burnu qaldırın

Bu
məşq burun dərisini möhkəmləndirir. İşarət barmağı ilə burnun ucunu
asanca qaldırın. Burunla barmağa təzyiq edin və onu aşağı endirin. 







4. Uzun boyun

Boynunuzu
mümkün qədər uzadın, üzünüzü qaldırın və alt dodağınızı buruna tərəf
qaldırın. Bu boyun dərisinin möhkəmləndirilməsinə kömək edəcək. 







5. Alnı hamarlamaq

Ovcunuzu
alnın ən üst hissəsinə, saçın başlayan hissəsinə qoyun. Alnı
yuxarı-aşağı hərəkət etdirin, daha sonra isə alın dərisini ovucla yuxarı
dartın. Mümkün qədər alnınızı az qırışdırın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!