Saçınız parıldamır? - Onda oxuyun

Saçınız parıldamır? - Onda oxuyun
Saç və Dəri baxımı
10.09.2017 16
Bəzi qadınlar görərik , saçları ışıl ışıl parlayan . Işıldayan , göz alıcı parlaqlıq, baxımlı saçlar bizə əlçatmaz kimi gəlir . Saçlarımız baxımsız , mat və zəifdirsə yalnız şampunla saçınıza baxım edə bilmərik. Edəcəyimiz saç baxım müalicələri saçımızı yeniləyəcək , sanki gücləndirəcəkdir.
Saçlarınıza həyat verəcək möcüzə saç baxım maskalarını tətbiq edin, fərqi gözlərinizlə görün .

Saçlarımız necə parlar, saç necə ışıl ışıl olar və sürətli uzanar ?
Saç maskaları , təbii saç baxımları , evdəki qidalarla düzəldəcəyimiz və saçımıza tətbiq edəcəyimiz saç maskaları saçımızın həm çox sağlam olmasını təmin edər , həm saçımızın normal müddətdən daha sürətli uzanmasını təmin edər. Təbii saç maskaları evdə edilər və tətbiq da asandır sevgili xanımlar .
Verəcəyim bu təbii saç baxımı maskaları , hər cür saça tətbiq oluna bilər. Saçınız quru, yağlı ya da normal ola bilər . Əhəmiyyətli deyil onsuz da bu saç maskaları təbii olduğu üçün saça yan təsir etmeyəcək . Saçınızın sürətli uzanması üçün və xüsusilə ışıl ışıl parlayan göz alması üçün bu maskaları tövsiyə edirəm. Saçınıza fen etdikdə ya da saçınızı saç maşası ilə düzəltdiyinizdə quruluq ve yanma olur . Bu cür tətbiqlər sonrası saça itirdiyi nəmi geri vermək üçün nəmləndirici saç maskası edə bilərsiniz.
Nəmləndirici saç maskası saçın matlığını alır və saçı parladar .

100 qram gül suyu ilə 3 kapsul C vitaminini bir şüşədə qarışdırın və bu şüşəni yaxşıca çalxalayın. Qarışığı saç köklərinə barmaq uclarınızla masaj edərək yedirin . Saçlarınızı darayaraq maskanı bütün saçlarınıza yayın. Bu əməliyyatı tətbiq etdikdən sonra saçlarınızı durulamanıza ehtiyac yoxdur .

Bəzən saçlar çox mat olur. Xüsusilə də qış aylarında hava çirkliliyi saçlarımızın matlaşmasına səbəb olur. Saçlarınız matsa , kifayət qədər parladığını düşünmürsünüzsə , mat olan saçlarınızın parlamasını və ışıl ışıl olmasını istəyirsinizsə saçlarınızı bu saç parladıcı təbii maskayla təmir edə bilərsiz sevgili xanımlar

İki yemək qaşığı bal və beş yemək qaşığı limon suyunu krem kimi olana qədər qarışdırın. Bir fırça köməyiylə quru olan saçlarınıza yaxşıca yedirin , 10 dəqiqə qədər gözlədikdən sonra ilıq su ilə saçlarınızı təmizləyin. Həftədə 2 dəfə tətbiq edin. Saçlarının parladığını görəcəksiniz.

Zeytun yağı quru saçlar üçün möcüzədir.
20 ml zeytun yağını istilədin və bir fırça ilə saçınıza yedirin . Bu əməliyyatı saçınızın köklərindən uclarına doğru edin . Zeytun yağı saçınızın hamısına yaymaq üçün saçınızı darayın. Bu şəkildə saçınızı 30 dəqiqə gözlədin və şampunla yuyun. Əgər saçlarınız çox pis vəziyyətdədirsə , zeytun yağı sürtdükdən sonra bütün bir gecə gözləyin və səhər yuyun . Bu sayədə saçınızda yenidən keratin meydana geləcək, daha güclü və parlaq saçlara qovuşacaqsınız .

Cəfəri də saç üçün istifadə olunan bir bitkidir xanımlar.
Doğranmış 100 qram qədər cəfəri , bir yemək qaşığı vodka , iki yemək qaşığı hind yağını yaxşıca qarışdırdıqdan sonra saçınızın köklərinə ovaraq tətbiq edin. 30 dəqiqə gözlədikdən sonra saçlarınızı su ilə yuyun və daha sonra sirkə ilə təmizləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!