Gözəl saçlar üçün praktik ipucları

Gözəl saçlar üçün praktik ipucları
Saç və Dəri baxımı
10.09.2017 19
Saçlarınız çox yorğun görünür. Bəzi kiçik taktikalarla saçlarınızı yenidən dəbdəbəli hala gətirə bilərsiniz...

Təbii quruyan möcüzə saçlar!
İstilik uyğun olduğu müddətcə, saçın təbii yollarla qurumasını təmin etmək sizə zaman qazandırar və möcüzə görünmənizi təmin edər. Bir neçə saniyədə dəniz sahilində uzanan qumluqlar kimi gözəl görünən saçlara sahib olmaq üçün bunları edin:

Düz saçlar üçün:
Yaş saçlarınızı ortadan ayırın və dördə bölün (hər iki yanda iki parça) Hər parçanı hörün və öz-özünə qurumasını təmin edin. Səhər vaxt itirməmək üçün axşamdan saçınızı yuyub hörə bilərsiniz.
Quruduqdan sonra hörgüləri açın və barmaqlarınızla saçınızı paylayın. Saçınızın qıvrılmasını istəmirsinizsə, parlaqlıq verən kremlərdən az miqdarda saçınıza çəkin.

Dalğalı və buruq saçlar üçün:
Uclarından başlayaraq saçınıza saç köpüyü çəkin. Daha sonra, işarə barmağınıza dolayaraq saç tutamlarına şəkil verin.
Serafino, tamamilə quruyana qədər saçınıza toxunmamağınızı təklif edir. Sərt saç telləri, epidermi (saçın xarici layı) qaldıraraq saçın nəmlənib qıvrılmasına gətirib çıxarda bilər.
Saçınız quruyanda, saç dərinizə yüngülcə masaj edərək saçlarınızı qarışdırın.

Saç bantlarına şans verin!
Saç aksesuarları, xüsusilə də saç bantlarını taxanda, bir neçə saniyə içində saçlarınıza şəkil vermiş olarsınız.

Atkuyruğunuzu dəyişdirin!
Zamanınız az olanda atquyruğu ən uyğun həlldir, lakin hər gün bu yola müraciət etsəniz monoton bir tərziniz olar. Hər zamanki atquyruğunuz yerinə, xoş bir şarf istifadə edərək daha dəbdəbəli bir tərz meydana gətirə bilərsiniz: Saçınızı möhkəmcə atquyruğu edin. Sonra üzərinə şarfı sarıyın.
Bu kimi yaradıcı ipuclarıyla saçlarınıza qısa müddətdə möcüzə formalar vermək düşündüyünüzdən çox daha asandır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!