Bu məhlulla üz yumaq dərinizi cavanlaşdıracaq

Bu məhlulla üz yumaq dərinizi cavanlaşdıracaq
Saç və Dəri baxımı
10.09.2017 41
Dəri yağlıdırsa, deməli məsamə, qara nöqtələr, ləkələr də olacaq. Belə halda bir çox qidaların gündəlik rasiondan çıxarılması mələhətdir. Bunlardan ən başlıcası şəkərdir. Çünki bizə gəlib çatan şəkər kimyəvi qatqılar nəticəsində artıq süni qidaya çevrilir. Çünki istifadə etdiyimiz şəkəri əldə etmək üçün qatqılar, göy kimyəvi rəng qlyukozaya qatılır və qurudulur. Qurudulma zamanı göy kimyəvi rəng ağarır. Həmin bu qida da orqanizmə mənfi təsiri ilə bərabər yağlı dərilərdə sızanaqların artmasına şərait yaradır.

Dərinin qorunması üçün aşağıdakı üsulları sizə təqdim edirik:

Quru və yağlı dəridən makiyaj silinməsi üçün üsulu:
1 ya 2ç.q şirin badam yağı
¼ fincan aloye şirəsi

İstənilən təbii efir yağı götürülür
Bunlar məhlul halına gələnə kimi qarışdırılır. Dərisində çox yağlılıq olanlara keyfiyyətli, ya evdə hazırlanmış sabun qatılır. Məhlulu şüşə qabda saxlamaq məsləhətdir.

Quru dərinin təmizlənməsi üçün üsul:
20 damcı jasmin yağı
1 fincan keyfiyyətli ya evdə hazırlanmış sabun
1 x.q badam yağı
1 stəkan distilə olunmuş su
Bunlar hamısı qarışdırılır, sərin yerdə saxlanılır və gündəlik istifadə edilir.

Üz yumaq üçün əsas vasitə:
1- 2 x.q təbi yağlardan biri
½ stəkan təbii bal
10 damcı çayağacı yağı

Bütün inqredientlər qarışdırılır. Üz yuyulur və səliqəli şəkildə üz silinir. Nəm tamponun köməyi ilə dəriyə çəkilir və ilıq su ilə yuyulur.

Bütün dəri tip üçün köpük:
1/3 fincan keyfiyyətli paltar sabunu
½ ç.q kakos yağı
10-15 damcı lavanda yağı
2/3 fincan filtirdən keçirilmiş ya distilə olunmuş su
Bütün inqredientlər qarışdırılır və davamlı istifadə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!