Daban çatlarından qurtulun - Asan maska

Daban çatlarından qurtulun - Asan maska
Saç və Dəri baxımı
10.09.2017 34
Daban çatları bir çox insanın qarşılaşdığı ayaq problemlərindən biridir. Bu problem həm estetik baxımdan yaxşı görünmür, həm də narahatlıq və diskomfort hissi yaradır. Lakin evdə olan bir neçə vəsaitlə daban çatlarını yumşaltmaq mümkündür. Xüsusilə yayda çəkələk və sandal geyinən zaman çatlamış dabanlar estetik görünmədiyi üçün də ölü dəriləri aradan qaldırmaq vacibdir.
Qadınlar.biz bildirir ki, bu problemin öhdəsindən gəlmək elə də çətin deyil. Ehtiyacınız olan limon, xam pambıq və aspirindir.

Yumşaq ayaqlara sahib olmaq üçün təxminən 10 aspirini əzib toz halına gətirin və üzərinə limon suyu əlavə edib qarışdırın. Xüsusilə dabanınıza pambıq köməyilə sürtün və streç sellofanla sarıyın.

Gecə sürtüb yatmaq və ertəsi səhər yumaq daha yaxşı bir nəticə üçün məsləhətdir.

Bu qarışım pul-pul tökülən ölü dərinin aradan qaldırılmasını da təmin edəcək. Nəticə əldə etmək üçün ən az 1 həftə boyu maskanı tətbiq etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!