Saçları tez uzadan üsullar

Saçları tez uzadan üsullar
Saç və Dəri baxımı
10.09.2017 13
Yumurta ağı
Saçlarınızı uzatmanız üçün ilk təbii üsulumuz və hamınızın evində olan şey; yumurta.Yumurtanın qoxusu saçınızda qalmayacaq. Yumurta ağını saçınıza gözəlcə çəkdikdən sonra bir neçə saat bu şəkildə gözlədin. Daha sonra saçlarınızı yuyun. Bu üsul sayəsində həm saçlarınız daha sürətli uzanacaq həm də 10 qat daha güclü saçlara sahib olacaqsınız.

Saçlarınızı darayın
Bunu ümumiyyətlə hamınız etməkdəsiniz. Yaxşı, saçlarınızı daramağın saç uzanmasına necə təsiri var? Saçlarınızı daramaq saç diblərinizə masaj edərək qan axışını sürətləndirmənizi və beləcə saçlarınızı bəsləmənizi təmin edəcək. Qidalanan saçlarınız isə daha sürətli uzanma göstərəcək. Geniş dişli fırça seçsəniz də, saçlarınızı darayarkən qırılmaqdan qurtarmış olarsınız.

Kartof suyu - Bal - Yumurta sarısı (Maska)
Saçlarınızı sürətli uzadacaq bir başqa tövsiyəmiz isə, yenə evinizdə tapa biləcəyiniz vəsaitlərlə edəcəyiniz bir maska tərifi. Qaynadılmış kartofun suyu, bal və yumurta sarısını qarışdıraraq meydana gətirdiyiniz maskanı, saç diblərinizdən başlayaraq aşağıya doğru tətbiq etməlisiniz. Bu maska ilə saçlarınız həm sürətli uzanacaq, həm də nəmli saçlarınız olacaq.

Aloe vera maskası
Aloe vera bir çox baxım məhsulunda istifadə edilməkdədir. Xüsusilə dəri baxımında istifadə edilən aloe verayı sizlər də saçlarınızın tez uzanması üçün istifadə edə bilərsiniz. Yarım çay qaşığı bal, 1 yemək qaşığı limon suyu və 1 fincan aloe veranı gözəlcə qarışdırın. Qarışığı saçlarınıza çəkdikdən sonra yarım saat gözləyin və ardından saçlarınızı durulayın. Bu maskanı nizamlı fasilələrlə etsəniz, canlı, parlaq və uzun saçlarınız olacaq.

Alma sirkəsi

Yenə əlinizin altında olan vəsaitlərdən biri- alma sirkəsi. Burada diqqət etməniz lazım olan, sirkənizin orqanik olması. Marketlərdən aldığınız çoxu sirkə qatqı maddəsi ehtiva etməkdədir. Orqanik alma sirkəniz var deyək. Yaxşı necə istifadə edəcəksiniz? Saçlarınızı uzatmaq üçün edəcəyiniz tək şey, durulama suyunuza 2-3 damla alma sirkəsi qatmaqdır. Alma sirkəsi saç köklərinizi qidalandıracaq və sonunda daha uzun saçlara sahib ola biləcəksiniz.

.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!