Qoltuqaltı qaralmalara qarşı

Qoltuqaltı qaralmalara qarşı
Saç və Dəri baxımı
10.09.2017 10
Geyindiyimiz qolu açıq incə geyimlər özləriylə bərabər bir çox problem gətirir. Bunlardan ən önəmli və xoşagəlməz olan qoltuqaltı qaralmalarıdır. Qoltuqaltı qaralmaları bir çox insanın özünə güvən hissini azaldır və kefini pozur. Amma kefinizi pozmağa dəyməz. Sizlərə təqdim edəcəyimiz və evdə özünüz hazırlaya biləcəyiniz məsləhətələrlə bu problemdən qurtula bilərsiniz.

Sirkə
Düyü unu və sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltınıza sürtün. Quruduqdan sonra yaxalayın. Bu qarışıq təkcə dəri rəngini açmağa kömək etməz, eyni zamanda qoxuya səbəb olan bakteriyaların ölməsini də təmin edər.

Portağal qabığı
Portağal qabıqlarını günəş şüaları altında qurutduqdan sonra toz halına salın və gül suyu əlavə edərək məcun əldə edin. Bu qarışığı qoltuqaltınıza tətbiq edin və quruduqdan sonra soyuq suyla yuyun. Ölü hüceyrələrin ölməsinə və dərinin rənginin açılmasına köməkçi olacaqdır.

Limon
Limon dəri qararmalarında ağla ilk gələn həllərdən biridir. Dərinizi təmizləyər və işıqlandırar. Qalın bir dilim limonu qoltuqaltınıza sürtüb ilıq su ilə yuyun. Limon dərini qurutduğu üçün bu prosesdən sonra mütləq nəmləndirici istifadə edin.

Səndəl ağacı
Səndəl ağacı tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltınıza sürtün. Səndəl ağacı tozu rəngin açılmasını təmin edərkən gül suyu da sərinlik və yumşaqlıq hissi verəcəkdir. 15 dəqiqə gözlətdikdən sonra yüngül hərəkətlə yuyun.

Çay sodası
Mətbəxdəki istifadəsi bir yana, gözəllik reseptlərində də tez-tez rast gəldiyimiz soda dəri rənginin açılmasına da köməkçi olur. Su ilə qarışdırıb əldə edilən qatı məcunu nizamlı olaraq qoltuqaltına çəkin və yaxalayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!