Saçları nazikləşdirən 5 vərdiş – Bunları tərgidin!

Saçları nazikləşdirən 5 vərdiş – Bunları tərgidin!
Saç və Dəri baxımı
10.09.2017 12
Sən də köhnə fotolarına baxanda saçlarının əvvəl necə güclü və həcmli olduğunu düşünürsən? Hər nə qədər inkar etsək də saçların nazikləşməsi sadəcə genetik səbəblərlə bağlı deyil. Saçlarımıza etdiyimiz bəzi yanlış davranışlar da saçın incəlməsinə səbəb olur.

Çox isti
Saçlarının incəlməsindən şikayətçisənsə, bol buxarlı duşlardan vazkeç. Eyni dərimizdə olduğu kimi çox isti saç tellərini də qurudur. Saç dərisindəki təbii yağ olan “sebum” isti suyun təsirindən silinir və bu da saçların qurumasına yol açır. Saçları qurtarmaq üçün ilıq suyla yuyun.

Sıx saç modelləri
Gərgin və sıx yığılmış saç modelləri saç dərisinə və saç tellərinə zərər verir. Özəlliklə yay aylarında bu cür modellərə üstünlük verdiyimiz üçün saç qırılması problemi daha çox yaşayırıq.

Saç dərisini qaşımaq
Saç dərisində qaşıntı olduğunda qaşımamaq çox çətindir, amma saçları qorumaq üçün bu istəyə qarşı çıxmaq lazımdır.
Saç dərisini qaşımaq saç diblərini və yeni böyüməyə başlayan saç tellərinin zərər görməsinə səbəb olur.

Günəş təsiri
Dəri sağlığı üçün günəşlənməkdən vazkeçmiş olsanız da saçları günəşin zərərli şüalarından qorumaq bir az çətindir. Uzun müddət ultrabənövşəyi şüalara məruz qalan saçlar zəifləyir, incəlir, qırılır və tökülür. Buna əngəl olmaq üçün saçları şüalardan qoruyacaq saç baxım kremlərini istifadə edin. Şlyapa taxmağı da unutmayın.

Qidalanma
Qidalanma vərdişləri də saçın nazikləşməsində mühüm səbəblərdəndir. Özəlliklə pəhriz saxlayırsansa, qətiyyən ac qalmamağa çalışmalısan, yoxsa saç böyüməsi dayanar Bu səbəbdən protein və bol vitaminli qidalanın.

Saçların qalınlaşması üçün 1 xörək qaşığı zeytun yağ, 1 xörək qaşığı jojoba yağı və 1 xörək qaşığı hindqozu yağını qarışdırıb saçlarınıza sürtün və 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə saçlarınızı yuyun.

Həftədə bir dəfə iki ədəd yumurta ağı, 1 xörək qaşığı süzmə bal və 1 xörək qaşığı zeytun yağını qarışdırıb saçınızda 1 saat saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!