Sağlam saçlar üçün hindistan cevizi yağı

Sağlam saçlar üçün hindistan cevizi yağı
Saç və Dəri baxımı
10.09.2017 29
Sağlam olmayan və solğun görünən saçlarınızdan şikayətçisinizsə, hindqozu yağı tam sizə görədir. İçindəki trigliserid və laurik turşu saçlarınızı qidalandıracaq və güclənməsini təmin edəcək.

Hindqozu yağının faydalarından qısaca bəhs etmək lazımdırsa:

- İçindəki yağ turşularıyla saçınızı gücləndirər, saça parlanıq və canlı bir görünüş verər.
- Saç dərisini təmizləyər və saç tellərini qalınlaşdırar.
- Saçları nəmləndirərək yumşaldar, saçın yağ tarazlığını qoruyar.
- Saç uclarındakı qırıqları azaltmağa köməkçi olar.
- Hindqozu yağı dəri içində təbii bir nəmləndirici funksiyası yerinə yetirməkdədir. Duşdan çıxdıqdan sonra bədən yağı olaraq istifadə edərək dərinizi nəmləndirə bilərsiniz.

Hindqozu yağıyla saç baxımı necə edilir?
1 yemək qaşığı hindqozu yağını duşdan 30 dəq. qədər əvvəl saç diblərinizdən başlayaraq saç uclarınıza qədər əllənizlə masaj edərək tətbiq edin. 30 dəqiqə gözlədikdən sonra ilıq suyla durulayın. Hindqozu yağı otaq istiliyində qatı bir yağ olsa da, əlinizə aldığınızda əlinizin istiliyi ilə əriyib maye konsistensiyaya gələcəkdir.

Əgər quru və köhnəlmiş saçlara sahibsinizsə, hindqozu yağını daha uzun müddət gözlədə bilərsiniz. Axşamdan tətbiq edib səhər yuya bilərsiniz. Sağlam, yumşaq və canlı görünən saçlara sahib olmaq bax bu qədər asandır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!