Üzünüzdəki sızanaqları belə təmizləyin

Üzünüzdəki sızanaqları belə təmizləyin
Saç və Dəri baxımı
10.09.2017 49
Evinizdə rahatlıqla hazırlaya biləcəyiniz, sızanaqlarınız və qara nöqtələrinizdən xilas olmağa kömək olacaq birbirindən faydalı maska reseptləri.

Balın dəriyə olan faydaları hamıya məlumdur: dərini nəmləndirməsi və yumşaltması, dərini qırışlara, günəşin zərərli şüalarına qarşı qoruması və dəri səthində yaranan yaraların daha sürətli yaxşılaşması və s.

Bal dərini bəsləyir, təmizləyir və nəmləndirir. Həmçinin qara nöqtələrdən xilas olmağa da kömək edir. 2 3 xörək qaşığı bal üzdəki qara nöqtələrin üzərinə yayılır. Əgər dəri çox ləkəlidirsə, bala bir az susam yağı qatılmalıdır. Qarışıq məhlul üzdə 15 dəqiqə və ya daha çox saxlandıqdan sonra üz ilıq suya batırılmış bir pambıq ilə yumşaq hərəkətlərlə təmizlənir. Təmizləndikdən sonra məsamələri sıxışdıran bir sprey vurulur. Bal yulaf unuyla da qarışdırılıb istifadə edilə bilər.

Üzünüzdəki sızanaqları belə təmizləyin


Ballı-darçınlı maskası
- 3 yemək qaşığı süzmə bal
- 3 yemək qaşığı darçın

Yuxarıdakıları qarışıq halına gətirib yatmazdan təxminən 20 dəqiqə əvvəl üzünüzə sürtün. Bal və darçın maskası dərhal quruyacaq və gecə boyunca üzdə və dərinin digər bölgələrində sızanaqlara səbəb olan toksinləri və bakteriyaları dəridən atacaq.

Aspirin maskası
Aspirinin içində dəriyə faydalı salisil turşusu var. Limon suyu isə antibakterial bir xüsusiyyətə sahibdir və dəri tonunu tarazlayan limon turşudur. Bal sakitləşdirici təsirə malikdir, qabartma tozu maskanı təmizləmək üçün istifadə edilə bilər. 36 ədəd aspirin, 1 limon, karbonat, aspirini əzmək üçün bir stəkan, dayaz bir çanaq, isti bal və üzü nəmləndirmək üçün krem və ya təbii badam, zeytun yaxud kokos yağı.

İstifadə edəcəyiniz miqdara görə 36 arası aspirini stəkanın köməyi ilə əzin. Sonra aspirini çanağın içərisinə qoyun. Hər 3 aspirin üçün bir yemək qaşığı təzə limon suyunu aspirinin olduğu qaba boşaldıb, aspirinin sıx bir səviyyəyə gəlməsini gözləyin. Əgər quru bir dəriyə sahibsinizsə, qarışığa bir yemək qaşığı ya da daha çox isti bal, nəmləndirici və ya bir neçə damla təbii yağ (badam, zeytun, hindqozu) əlavə edin. Yaxşıca qarışdırın. Əksinə yağlı bir dəriyə sahibsinizsə, bu qisimi keçib yerinə bir neçə damla daha limon suyu əlavə edə bilərsiniz. Maskanı bütün üzünüzə, ya da sızanaq bölgəsinə tətbiq edib qurumasını gözləyin. Quruduqdan sonra karbonata batırılmış isti və nəm parçanın köməyi ilə üzünüzü təmizləyin.

Gil maskası
- 1,5 çay qaşığı gil
- 1 şirniyyat qaşığı badam yağı
- 1 şirniyyat qaşığı bal

Məhsulların hamısını qarışdıraraq dərinizə sürtün. 40 dəqiqə gözlədikdən sonra yuyun. Sonra yenidən dərinizi bir də soyuq su ilə yuyun. Nəmləndirici sürtərək prosesi sonlandıra bilərsiniz. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək olar.

Sağlamolunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!