Sağlam və cavan dəri üçün 5 MƏHSUL

Sağlam və cavan dəri üçün 5 MƏHSUL
Saç və Dəri baxımı
10.09.2017 10
Qidalanma dərinin vəziyyətinə çox böyük təsir edir. Diyetoloqlar dərinin gözəlliyini və sağlamlığını qorumaq üçün qidalanmada bu kimi məhsulların artırılmasını tövsiyə edirlər.

Sağlam və cavan dəri üçün 5 MƏHSUL


1. Süd məhsulları (qatıq, kefir, kəsmik və s.)
Bu məhsullar mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır ki, bu da dərimizin vəziyyətinə çox müsbət təsir edir.

2. Zeytun yağı
Bu yağ E vitamini ilə zəngindir. E vitamini ən güclü antioksidantlardan biridir. E vitamini orqanizmin və o cümlədən dərinin qocalmasını ləngidir.

3. Kök
A vitamini ilə zəngin olan kök dəri üçün çox faydalıdır - dərini cavanlaşdırır, təmizləyir, piqment ləkələri ilə mübarizə aparır.

4. Sitrus meyvələri
C vitamini ilə zəngin olan sitrus meyvələri dəridə kollagenin istehsalını artırır. Kollagen dərini cavan, hamar və dartılmış edir. Həmçinin C vitamini güclü antioksidantdır.

5. Balıq
Balıq sinklə zəngindir. Sink dərinin yenilənməsində və kollagenin sistezində böyük rol oynayır. Bundan əlavə sink dəridə iltihabı azaldır.

Həmçinin balıq Omeqa 3 və 6 yağlı turşularla zəngindir. Bu yağlı turşular dərinin qurumasının qarşısını alır, dərini daha cavan və təmiz edir.

sağlamolun.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!