Saç maskaları

Saç maskaları
Saç və Dəri baxımı
10.09.2017 57
Yumurta maskası
Duşa girin, çıxdıqdan sonra saçınızın çox suyunu dəsmal ilə alın. Saçınız qısadırsa 1, uzunsa 2 yumurtanı bir qabda yaxşıca çırpın. Əvvəl saç diblərinizə masaj edərək, ardından uclara doğru yumurtanı yedirin. Saçlarınızı iki və ya dörd bərabər parçaya ayırsanız yumurtanı saçınıza daha asan yedirə bilərsiniz. 30 dəqiqə gözlədikdən sonra təkrar duşa girin. Saçlarınızı soyuğa yaxın ilıq su ilə yumanız lazım olduğunu unutmayın. Əksinə təqdirdə isti su ilə bişən yumurtanı saçlarınızdan təmizləməniz çətinləşər. Yumurta saçlarınızı parladar, bəsləyər və qırılmalara qarşı saçlarınızı gücləndirər. Həftədə bir dəfə yumurta maskasını təkrarlayın.

Mayonez və zeytunyağı maskası
Saçınız uzunsa 4, qısa isə 2 yemək qaşığı mayonezə eyni miqdarda zeytunyağı əlavə edib yaxşıca çırpın. Köklərdən uclara qədər masaj edərək bu qarışığı saçlarınıza yedirin. Saçlarınızı yığıb üzərinə isti bir dəsmal sarın. Vaxtınız varsa 1 saat, darsa 30 dəqiqə gözləyin. Sonra duşa girin və ilıq suyla saçlarınızı yuyun. İki yemək də saçlarınızı bəsləyər, gücləndirər və parlaq edər. Quru və boyalı saçları nəmləndirəcək bu maskanı 15 gündə bir təkrarlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!