Möcüzəvi maya maskası

Möcüzəvi maya maskası
Saç və Dəri baxımı
10.09.2017 14
Quru və korlanmış saçlar üçün də mükəmməldir. Eyni zamanda zəif və tez qırılan dırnaqları gücləndirir. Zərər görmüş dəriniz varsa, 2 ay içində bu maya maskaları ilə problemləri həll edəcəksiz.

Maya və süd
3 yemək qaşığı südü bir az ilıqladın və 1 paket mayanı əlavə edin, krem halı alana kimi qarışdırın. Hazır olandan sonra üz və boyun qisminə vurun. 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.

Maya, bal və zeytun yağı

1 çay qaşığı zeytun yağını ilıqladın. Maya və 1 xörək qaşığı balı qarışdırın. Zeytun yağını əlavə edin. Əldə edilən qarışımı üzünüzə vurun. Maska sərtləşdikdən sonra əlinizlə təmziləyin və ilıq su ilə yuyun.

Maya, süd, kətan toxumu və badam yağı
1 paket mayaya bir çimdik əzilmiş kətan toxumu və 3-4 damcı badam yağı, bir az da süd əlavə edin. Qatılaşmadan üzünüzə vurun, 15-20 dəqiqə sonra yuyun.

Maya və şəkər tozu
Mayaya şəkər tozu əlavə edib hər gün istifadə etdiyiniz gündəlik krem kimi istifadə edə bilərsiz. Yaxşıca qarışdırıb 15 dəqiqə üzünüzdə saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!