Dəriniz yağlıdırsa... Bunun SƏBƏBLƏRini bilin!

Dəriniz yağlıdırsa... Bunun SƏBƏBLƏRini bilin!
Saç və Dəri baxımı
10.09.2017 24
Yağlı dəri gec qocalır, onun üzərində qırışlar daha gec əmələ gəlir.

Lakin bu üstünlüklərə baxmayaraq yağlı dəri öz sahibinə ciddi problemlər də yaradır - pis parıltının olması, sızanaqlar, civzələr və s.

Bəzən dərinin yağlı olması orqanizmdə baş verən hər hansı pozulmanın simptomu ola bilər.

Dərinin yağlı olmasının səbəbləri bunlardır:
- İrsiyyət. Əsas səbəblərindən biridir. Bu halda vəziyyətlə barışmaq və dəriyə düzgün qulluq etmək lazımdır.

- Düzgün olmayan qidalanma - qidalanmada yağlı, şirin, duzlu, ədviyyatlı qidaların çox olması. Daha çox meyvə-tərəvəz, süd məhsulları yeyin, adi su için.

- Dəriyə düzgün olmayan qulluq. Tərkibində spirt olan üz üçün qulluq vasitələrdən istifadə etməyin - bu dərini daha da yağlı edəcək.

- Pilinqdən sui-istifadə. Dərinin tez-tez pilinq etməsi piyin ifrazının artmasına səbəb olur.

- Çox yağlı kremlərdən istifadə etmək. Yağlı dəri üçün xüsusi kremlər mövcuddur.

- Orqanizmdə kişi hormonlarının artıqlığı. Orqanizmdə testosteron hormonunun səviyyəsinin artması dəri piyinin ifrazının artmasına səbəb olur. Bu əsasən yeniyetməlik dövründə və həmçinin qadınlarda hormonal pozulmalar zamanı mümkündür.

- Mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, kolit və s.).

- Endokrin xəstəlikləri (məsələn, şəkərli diabet).

- Maddələr mübadiləsinin pozulması.

- Uzunsürən streslər, xroniki yorğunluq.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (məsələn, kontraseptiv həblərin - hamiləliyin qarşısını alan həblər).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!