Dərinizdə kivi təzəliyi

Dərinizdə kivi təzəliyi
Saç və Dəri baxımı
10.09.2017 18
 
Yeməyə doya bilmədiyimiz kivi dərimiz üçün də gerçək bir baxım mərasimi təqdim edir. Dəri tipinizə uyğun kivi maskasını seçin, bu dəfə dəriniz qidalansın!



Qalın və yağlı dəri

Dəriniz qalın və yağlı isə, kivi maskaları sizin üçün idealdır. Dərinizdəki məsamələri sıxıştırar və yağlanılmağı tarazlar. Mümkünsə yetişməmiş kivi istifadə etməyə çalışın. Həftədə iki dəfə 15 dəqiqəlik maska tətbiq edə bilərsiniz. Əgər sızanaqlarınız varsa, gilli maskanı seçin.



Yağlı və incə dəri

Çox təəssüf ki, incə dərilər asan sallana bilər. Kivi maskası bu tip dəri üçün çox uyğundur. Bol miqdarda C vitamini sayəsində kolajen sintezi artar və dəri gərilər. Həftədə 2 dəfə 5 dəqiqəlik maskalar sizin üçün kafidir.



İncə və quru dəri

Ən həssas dəri tipidir. Şəfqət və baxıma ehtiyacı çoxdur. Kivinin xüsusilə qabıq qisimindəki C vitamini bu tip dərilərin yenilənməsinə köməkçi olar. Həftədə iki dəfə tətbiq edə bilərsiniz. Dərinin tahriş olmaması üçün maskanı 5 dəqiqədən çox tutmayın.


Normal dəri

Kivi maskası bu tip dəriləri daha da aydınlaşdırar və rəngini açar. Sizə təklif edəcəyimiz maskaları həftədə 2 dəfə tətbiq edə bilərsiniz.
 
Kivi suyu ilə kompres


Kiviyi əvvəl preslə və ya blender ilə maye hala gətirin. Sonra steril bir sarğı bezini hazırladığınız kivi suyuna batıraraq, üzünüzə kompres edin. Bu əməliyyatı 10 dəqiqə qədər davam etdirə bilərsiniz.



Kivi suyu və gil

Kivi suyuna bir miqdar gil əlavə edib, təmiz və kiçik bir taxta qaşıqla krem formasına gətirin. Bu qarışığı maska şəklində üzünüzə sürtün. Kürək üstü uzanıb və ya kresloya söykənib 10 dəqiqə istirahət edin. Bu maska xüsusilə yağlı və sızanaqlı dərilər üçün çox faydalıdır.



Kivi halqaları

Çox yetiıməmiş bir kivinin qabıqlarını bir pərdə kimi soyun, sonra iti bir bıçaqla, mümkün olduğu qədər incə dilimlərə ayırın. Ardından rahatca uzanıb, hətta bir də musiqi yoldaşlığında bu halqaları üzünüzə yerləşdirin. Dəri tipinizə bağlı olaraq 5 - 15 dəqiqə qədər bu şəkildə stirahət edin.
/Mənbə:Qadınlar.biz/




 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!