İngilis dilini Qadınlar.Biz-də öyrənək (Dərs 3)

İngilis dilini Qadınlar.Biz-də öyrənək (Dərs 3)
Dərslər
10.09.2017 24
To be felinin formaları

To be feli həm əsas həm də köməkçi fel kimi işlənir. Əsas fel kimi Azərbaycan dilində hərfi tərcümə zamanı olmaq mənası verir.

Məsələn.
Mən müəllimə olmaq istəyirəm.I want to be a teacher.

Köməkçi fel kimi şəxslərə uyğun olaraq to be feli öz formasını dəyişir. Ümumən to be felinin 3 forması mövcuddur (indiki zamanda) -- am/is/are.
 




Nəqli cümlə - Positive



Tək - Singular

Cəm - Plural



I

am

We

are



You

are

You

are



He/She/It

is

They

are



 
I am a student.  (Mən tələbəyəm.)

You are a pupil.  (Sən şagirdsən.)

He/She is lazy.  (O tənbəldir.)

It is a flower.  (Bu/o, çiçəkdir.)

We are friends.  (Biz dostuq.)

You are hungry.  (Siz acsınız.)

They are beautiful.  (Onlar gözəldirlər.)
 




İnkar cümlə - Negative



Tək - Singular

Cəm - Plural



I

am not

We

are not



You

are not

You

are not



He/She/It

is not

They

are not



 
I am not a student.  (Mən tələbə deyiləm.)

You are not a pupil.  (Sən şagird deyilsən.)

He/She is not lazy.  (O tənbəl deyil.)

It is not a flower.  (Bu/o, çiçək deyil.)

We are not friends.  (Biz dost deyilik.)

You are not hungry.  (Siz ac deyilsiniz.)

They are not beautiful.  (Onlar gözəl deyildirlər.)



Bir çox hallarda am/is/are qısaldılmış formada istifadə olunur.





Tək - Singular

Cəm - Plural



am

'm

am

'm not



is

's

is

's not / isn't



are

're

are

're not / aren't



Qeyd: Cümlədə ‘s not və ya isn’t; ‘re not və ya aren’t qısaltmalarından hər hansı birinin seçilməsi tam sərbəstdir və onların işlənməsində heç bir qayda yoxdu. Bundan başqa bu və ya digər qısaltmadan istifadə etməkdə də heç bir məcburiyyət və məhdudiyyət yoxdur.



I am a student.  --  I’m student.

You are a pupil.  --  You’re a pupil.

He/She is lazy.  --  He’s/She’s lazy.

It is a flower.  --  It’s a flower.

We are friends.  --  We’re friends.

You are hungry.  --  You’re hungry.

They are beautiful.  --  They’re beautiful.



I am not a student.  --  I’m not student.

You are not a pupil.  --  You’re not / aren’t a pupil.

He/She is not lazy.  --  He’s not/She’s not /He isn’t/She isn’t lazy.

It is not a flower.  --  It’s not / isn’t a flower.

We are not friends.  --  We’re not/ aren’t friends.

You are not hungry.  --  You’re not / aren’t hungry.

They are not beautiful.  --  They’re not / aren’t beautiful.



To be felinin sual formaları

Sual cümləsini düzəltmək üçün am/is/are felləri cümlənin əvvəlinə keçir. Aşağıdakı misallarda aydınlaşdıraq:

I am late. -- Am I late?

Your mother is at home. -- Is your mother at home?

Your parents are at home. -- Are your parents at home?

Yuxarıdakı misallardan da göründüyü kimi am/is/are feli cümlənin əvvəlinə keçir və cümlənin mübtədası ondan sonra gəlir. Digər cümlə üzvləri isə mübtədadan sonra gəlir. Mübtəda ilə birbaşa əlaqəsi olan təyin və tamamlıq mübtədadan əvvəl gələ bilər:

The red book is on the table. -- Is the red book on the table.

Am/is/are ilə verilən suallara sadəcə olaraq YES və ya NO ilə cavab vermək olmaz. Düzgün qısa cavab üçün aşağıdakı cədvəldəki formalardan istifadə etmək olar:





Tək - Singular

Cəm - Plural



Təsdiq - Positive

İnkar - Negative

Təsdiq - Positive

İnkar - Negative



Yes, I am.

No, I am not.

Yes, we are.

No, we are not.



Yes, you are.

No, you are not.

Yes, you are.

No, you are not



Yes, he/she/it is.

No, he/she/it is not.

Yes, they are.

No, they are not.



[/b]
 
[b]Gündəlik 5 ifadə:


Please-Zəhmət olmasa

Here you are-Buyurun (Təqdim edərkən)

You are welcome- Buyurun (Təşəkkür mənsasında)

Welcome- Xoş gəlmisiniz/gəlmisən

Dont mention-Dəyməz, bir şey deyil
 
Dediyim kimi gündəlik 20 söz






Key

[kiː]

Açar



Table

['teɪbl]

Stol



Tired

['tɑɪəd]

Yorğun



Hungry

['hʌŋrɪ]

Ac



Politics

['pɔlɪtɪks]

Siyasət



Warm

[wɔːm]

Ilıq



Plate

[pleɪt]

Boşqab



At work

[ ət wəːk]

Işdə



At home

[ət houm]

Evdə



Weather

['weðə]

Hava



Bag

[bæg]

Çanta



Heavy

['hevɪ]

Ağır



Driver

['drɑɪvə]

sürücü



Good

[gud]

Yaxşı



Nurse

[nəːs]

Dayə



Dirty

['dəːtɪ]

çirkli



Teacher

['tiːtʃə]

Müəllim



House

[hɑus]

ev



Shop

[ʃɔp]

maqazin



To look at

[luk ət]

baxmaq




Tapşırıq

Öyrənmək istəyən hər istifadadəçi, zəhmət olmasa dərsi öyrəndikdən sonra öyrəndiklərinizi iki dərs ərzində verilən sözlərlə cümlələr quraraq şərhlərdə yazaraq göndərin.  Ən azı 5 cümlə quraraq 3 formada (təsdiq, sual ve inkar) aşağıdakı nümunəyə baxaraq işlədin. Çalışın cümlələriniz təkrar olmasın.



Məsələn:

Mən müəlliməyəm.

I am a teacher

Am I a teacher?

I am not a teacher.
 
Gələn dərsdə görüşmək ümidilə sağolun :03:


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!