Fonetika: Saitlərin bölgüsü

Fonetika: Saitlərin bölgüsü
Dərslər
10.09.2017 159
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.

Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.



Saitlərin bölgüsü

Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.

1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:

Qalın saitlər: [a], [ı], [o], [u]

İncə saitlər: [e], [i], [ə], [ö], [ü]



2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

Qapalı saitlər: [ı], [i], [u], [ü]

Açıq saitlər: [a], [e], [ə], [o], [ö]

Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).



3. Dodaqların vəziyyətinə görə:

Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]

Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].

Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.



Göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır.



Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!