Adobe photoshop (İlk dərs)

Adobe photoshop (İlk dərs)
Dərslər
10.09.2017 24
Beləliklə, ilk dərsimiz:

Proqramı tanımadan əvvəl onu kompüterinizə yükləyib, qurmaq lazımdır.Bunun üçün sizə bir link verirəm.

Ordan yükləyə bilərsiniz.

Amma ən yaxşısı proqramı satın almaqdır. Çünki lisenziyalı olur.

Açılan bu səhifədə Photoshop CS 8.0 -a tıklayın və kompüterinizə yükləyin

Proqramı yükləyib qurduqdan sonra açırsınız və qarşınızda Photoshop proqramının Ana menyusu çıxır.



File

Bu menyu hamının bildiyi kimi bütün proqramlarda olduğu kimi, fotoşopda da özündə standart parametrləri saxlayır.

Yeni vərəq seçmək, hansısa sənədi açmaq, işlənmiş işi yaddaşa vermək,
müəyyən dəyişiklikləri yaddaşa vermək, belə parametrleri özündə
cəmləyir.



Edit

Menyusunda isə faylda seçilmiş hissə üzərində əməliyyatlar aparmaq
üçündü. Məsələn, şəklin seçilmiş hissəsinin kəsilməsi rənglənməsi, yeni
obyektin yerləşdirilməsi aparılmış əməliyyatların geriyə və önə
qaytarmaq kimi parametrləri özündə cəmləndirir.



Image

Bu bölmə isə sırf işləmək istədiymiz şəkil üzərində əməliyyatlar aparmaq üçündür rəng dəyişimi, kanal seçimi və .s



Layer

Bu menyuda isə şəkillərin montaj edilməsi üçün istifadə olan layer
panelinin parametrləri cəmlənir ki, gələcəkdə bunu ayrılıqda yazacam.



Select


Şəklin müəyyən hissəsini qeyd etmək və ya qeydi inkar etmək kimi xüsusiyyətləri özündə cəmləndirir.



Filter

Bu menyuda isə fotoşopun özündə olan standart effektləri şəkillərə
tətbiq etmək üçündür, bundan başqa bütün plaqinlərin idarə edilməsi
gələcəkdə bu menyudan olacaqdır.



View

Bu menyuda isə bizim görünüş vərəqəmizdə görülən işlərimizə baxış
parametrləri yerləşir, bu menyu çox az istifadə olunan, bir növ ölü
menyu sayılır.



Window

bu menyuda isə bizə lazım olan panelləri idarə etmək üçündür. Proqramda
yerləşən bütün panellər burada açılır ki, biz onlardan istiadə edə
bilirik.



Help

Bu menyu isə bizə lazım deyil, burada proqramın ingilis dilində yardım menyusudur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!