İngilis dilini Qadınlar.Biz-də öyrənək (Dərs 5)

İngilis dilini Qadınlar.Biz-də öyrənək (Dərs 5)
Dərslər
10.09.2017 72
Keçən dərsin nəticələrini nəzərə alaraq hər birinizdən keçilən dərsləri
bir daha təkrar etmənizi və daha çox tapşırıq etmənizi xahiş edirəm. Bu
dili öyrənmək istəyən istifadəçilərimizdən qırmizi üzlü Essential
English Grammar in Use by Raymond Murphy kitabini almanizi və bu kitabla
dərslərə davam etmənizi məsləhət bilərdim. Mən hər dərs proqrama uyğun
şəkildə sizlərə unit (bölmə) və dərsləri izah edəcəm.
Kitabın üz qabığının şəkli belədir
[/center]
[center] 

 

Grammar-Qrammatika
Əvəzlik (Pronoun)
İşarə əvəzlikləri  (Demonstrative Pronouns)

Müsir ingilis dilindә mövcud olann işarә әvәzliklәri aşağıdakılardırr:
This, that, (the) same, such.
Bu әvәzliklәrdәn birinci ikisinin cәm forması vardır:
This—these, that—those.

This (təkdə)-Bu          These (cəmdə)-Bu +lar, lər
This boy-Bu oğlan        These boys-Bu oğlanlar
This book is interesting. That book is interesting.
Bu kitab maraqlidir. O kitab maraqlidir.
These flowers are red. Those flowers are yellow.
Bu güllər qirmizidir. O güllər qırmızıdır.
This (these), that (those) әvәzliklәri eyni  hәm şәxsi, hәm dә әşyaları bildirmәk üçün işlәnә bilir
Mәsәlәn:
This man is our teacher — Bu kişi bizim müәllimimizdir.
That man is not our teacher — O kişi bizim müәllimimiz deyil.
This book is mine, that book is yours — Bu kitab mәnimkidir, o kitab sәninkidir.

Tərcümə:

Aşağıdakı cümlələri tərcümə edin.
1.Bu Jurnalist mənim bacimdir.
2.Sən tənbəlsən?
3.Onun qardaşı evlidir.
4.Sən yorğunsan?
5.Onlar susayıblar.
6.Mavi mənim sevimli rəngimdir.
7.Bu həqiqət deyil.
8.Çanta ağırdır.
9.Brilyant ucuz deyil.
10.Müəllimə hirslidir.

 

Tapşırıq

Yuxarıdakı cümlələri ingiliscə tərcümə edin
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!