Adobe photoshop (Dərs 5)

Adobe photoshop (Dərs 5)
Dərslər
10.09.2017 36
Əziz xanımlar,nəhayət ki,vaxt edib novbəti Photoshop dərsimizi sizinlə bölüşürəm.
Bu dərsimizi çoxlarınız öyrənmək arzusundasınız.Elə isə birbaşa dərsə keçək.
Rəsimlərin hazır şablon və ya çərçivə içərisinə yerləşdirilməsi

Əvvəlcə Photoshop proqramında PSD faylında olan hazır çərçivəni açırsınız.
[/center] 
Sonra
çərçivəyə yerləşdirəcəyiniz rəsmi seçərək,onu da açırsınız.Gördüyünüz
kimi mən burda Aynur Məmmədovanın gözəl və şipşirin qızı Cavidanın
rəsmini açmışam.

[center]


3-cü addımda Cavidanın rəsmini mausla
sürükləyib çərçivənin içərisinə atırıq.Rəsmin çərçivə içərisində belə
kiçik görünməsi sizi çaşdırmasın.Onu böyütmək mümkündür.

[/center]
Çərçivə içərisindəki şəkli uyğun ölçüyə gətirmək üçün Ctrl+T kombinasiyasından istifadə edirik və rəsmin ətrafı konturlanır.

[center]

Bundan sonrakı addımda rəsmin
kənarındakı konturlara mausla yaxınlaşdıqda ox işarələrinin çıxmasını
görəcəksiniz.Həmin oxların köməyi ilə rəsmi uyğun ölçüyə gətirmək və ya
rəsmi istənilən istəqamətə döndərə bilmək mümkün olacaqdır.Bu nümünədə
rəsmi çərçivəyə uyğun döndərmək üçün ortadakı oxlardan istifadə
etmişəm.Sonra Enter basılır.


[/center]

Növbəti addımda rəsmi çərçivənin arxa
hissəsinə keçirmək gərəkir.Bunun üçün Photoshop proqramının sag aşağı
tərəfindəki panellərə baxın.
Orda maus köməyi ilə Layer1-i (Cavidanın resmi) A_S Template_Gel_ (Çərçivə) nin üstünə sürükləyin.
 


Və nəticədə rəsim çərçivənin arxa planında görünəcək.

[center]


Daha sonra bu çərçivə və rəsmi
birləşdirmək üçün Ctrl+Shift+E kombinasiyasından istifadə
edəcəyik.Birləşmə olmasa rəsmin faylı PSD formatında qalacaq.Birləşmədən
sonra fayl JPEG olur.Ctrl+Shift+E kombinasiyasından sonra çərçivə və
rəsim birləşir və bu sag tərəfdəki paneldə də görünür.


Bu nümünədəki çərçivənin özü bir
qədər pərdəli olduğu üçün mən birləşmədən sonra İmage- Adjustments- Auto
Contrast seceneyini seçərək rəsmin solğunluğunu aradan qaldırdım.


[/center]
[center]

Çərçivəli rəsmimiz hazırdır.



Suallarınız olarsa,çəkinməyin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!