Fonetika: Vurğu

Fonetika: Vurğu
Dərslər
10.09.2017 36
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.

Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim - bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) - dimdik (sifət) və s.

Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.

Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn: sonra - [so:ra], bəzi- [bə:zi] və s.

Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.



Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!