Nitq hissələri

Nitq hissələri
Dərslər
10.09.2017 27
Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil).
Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu
elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya,
dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş
bölməsi qrammatikadır.

[/b]Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya 2.Sintaksis.

Morfologiya
yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya
nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs
edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin
söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.



Nitq hissələri

Dilimizin
lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik
olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı
nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya,
yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri
bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11
əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq
hissəsidir.

Qeyd:
Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər
sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini
də dəyişir.



[b]
Əşya və hərəkət

Qrammatikada
əşya dedikdə canlı və cansız, gözlə görünən və ya təsəvvür edilə bilən
bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə
yalnız baş vermiş hadisə deyil, mövcud olması və ya olmaması da
götürülür.

Əvəzlikdən
başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik
isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də
hərəkətlə bağlı olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!