Sifətin müqayisə dərəcələri

Sifətin müqayisə dərəcələri
Dərslər
10.09.2017 15
Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır.

Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:

1. Adi dərəcə

2. Azaltma dərəcəsi

3. Çoxaltma dərəcəsi



Adi dərəcə

Əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti — qrammatik şəkilçisi yoxdur. Məsələn: ag, qara, sirin, sərin, böyük, kiçik və s. Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa dərəcələr üçün ölçü, me yar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və çoxaltma dərəcələrini müəyyən edə bilmerik. Deməli, sifətin azaltma və çoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.



Azaltma dərəcəsi

Əlamətin adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki üsulla düzəlir:

1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri artırmaqla:

-ımtıl4: ağ-ımtıl, boz-umtul, göy-ümtül, san-mtıl və s.

-ımtraq (-mtraq): ağ-ımtraq, san-mtraq

-sov (-ımsov, — ümsov): uzun-sov, ağ-ımsov, göy-ümsov

-şın: sarı-şın, qara-şın və s.

-raq, -rək: yaxşı-raq, gödə-rək (ikinci sözün kökündəki k (gödək) samiti düşür. (Bu şəkilçi ilə düzələn sifətlər müasir dilimizdə nadir hallarda işlənir).

2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi qoyulur: açıq-qırmızı, açıq-sarı və s.

(Bəzi sifətlərin əvvəltndə işlənən az, ala, təhər sözləri də azaltma dərəcəsi məzmununu bildirir: az şirin, alayarımçıq, göy təhər və s.).



Çoxaltma dərəcəsi

Əlamətin adi haldan çox olduğunu bildirir. Çoxaftma dərəcəsi də azaltma dərəcəsi kimi iki üsulla düzəlir

1. Morofoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ila düzəlir:

a) Adi dərəcədə olan sifətlərin sonuna -ca1 şəkilçisini artırmaqla: canlı-ca (şəkil), zorba-ca (balıq), körpə-cə (xiyar), yekə-cə (oglan) və s.

b) Sifətin ilk hecasımn son samitinin m, p, r, s samitlərindən biri ilə əvez olunması və sifətin təkrar ona qoşulması ilə:

göy-göm+göy = gömgöy,

qırmızı — qıp+qırmızı = qıpqırmızı,

doğru — dos+doğru = dosdoğru və s.

Sifətin ilk hecası saitlə bitərsə, bu samitlərdən biri həmin hecaya qoşulur: yaşıl -yam+yaşıl = yamyaşıl, sarı — sap+sarı = sapsarı, təmiz -tər+təmiz= tərtəmiz, bütün — büs+bütün =büsbütün və s.

2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha, olduqca ədatlarından biri, düm hissəciyi və tünd sözü artınlır.

Ədatlar ayrı, düm hissəciyi ilə bitişik yazılır. Tünd sözündən sonra defis qoyulur: ən gözəl, lap yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı, dümağ, tünd-göy və s.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!