Sifətin isimləşməsi və təhlil qaydası

Sifətin isimləşməsi və təhlil qaydası
Dərslər
10.09.2017 113
Sifətin isimləşməsi

Bəzi
sifətlər cümlədə ismi əvəz edə bilir, yəni onun yerində işlənir. Belə
sifətlər isimləşmiş (substantivləşmiş} sifətlər adlanır. İsimləşmiş
sifətlər İsmin suallarına cavab olur və isimlərə məxsus cəm, hal,
mənsubiyyət şəkilçilərini qəbul edir. Məsələrj Qocalara hörmət hər bir
gəncin borcudur. İgidlərimiz düşmənə layiqli cavab verdilər. Bu
cümlələrdəki qoca, gənc və igid sifətləri aid olduqlan isimləri əvəz
etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini əvəz edərək onun
yerində işlənmişdir (qoca adamlara — qocalara). Eyni cümlədəki gənc
sifəti də oğlanın (gənc oğlanın) ismini, ikinci cümlədəki igid sifəti
isə döyüşçülərimiz (igid döyüşçülərimiz) ismini əvəz etmişdir.
İsimləşmiş sifətlər cümlədə mübtəda və tamamlıq vəzifələrində çıxış
edir. Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş
sifət kimi təhlil olunur.

Sifətin
cümlədə rolu.Sifətİər cümlədə ən çox təyin olur. Bəzən sifətlər cümlədə
xəbər vəzifəsində də çıxış edir. Bu halda xəbər isimdən əvvəl işlənir
və şəxs (xəbərlik) şəkilçilərini qəbul edir. Məsələn: yaxsıyam,
yaxşısan, çalısqandır, kiçiyik, ağıllısınız və s.



Sifətin təhlil qaydası

Sifətin təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:

1. Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və sualı

2. Quruluşca növü

3. Dərəcəsi

4. Bağlı olduğu söz

5. Cümlədə rolu

Məsələn: Anar ağıllı və hazırcavab oğlandır. O, sinifdə ən çalışqan şagirddir.

Ağıllı
— keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir —
ağıl ismindən düzəlmişdir. Adidərəcədədir, isim ilə bağlıdır. Cümlədə
təyindir.

Hazırcavab
— keyfiyyət bildirir, necə? sualına cavab olur. Quruluşca mürəkkəbdir:
hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi
ilə bağlıdır. Cümlədə təyindir.

Çalışqan
— keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir.
Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir.
Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!