Kompüterdə yeni yazı dilini necə quraşdırmalı

Kompüterdə yeni yazı dilini necə quraşdırmalı
Dərslər
10.09.2017 25
Misal kimi Azərbaycan dilinin kompüterdə quraşdırılmasını izah edəcəm. İşçi stolun (başqa sözlə desək, monitorun) aşağı sağ küncündə siz dil, saat, tarix və sairə görə bilərsiniz. 



Şəkildə dil (EN) yazısı olan düymədi. Həmin düymənin üzərinə kursoru gətirib mouse-un sağ düyməsini basaraq menyu açırıq. Bu menyudan Параметры (Properties) sol düymə ilə seçilir.



Языки и службы текстового ввода adlı kiçik pəncərə açılacaq.



Bu pəncərədə Əlavə et (Add) düyməsini basıb açılan ikinci pəncərədən yeni dil əlavə edə bilərik. 



Bu pəncərədə bütün dillərin siyahısı var. Siyahıdan «Азербайджанский, латиница (Азербайджан)» tapıb qarşısındakı + düyməsinə basaraq altsiyahını açırıq və Азербайджанская (латиница) qeyd edərək (yəni quş qoyuruq) aktivləşdiririk. Ok düyməsini basırıq. İkinci pəncərə bağlanır.



Birinci pəncərədə Azərbaycan dilinin əlavə olunduğunu görəcəksiniz. Əgər Azərbaycan dilinin siyahıda yerini dəyişmək istəyirsinizsə. Azərbaycan dilini kursorla seçib həmin pəncərənin sağında yerləşən Yuxarı,  ya da  Aşağı düymələrindən istifadə edə bilərsiniz. Bundan sonra Ok düyməsini basmaqla işi tamamlamış olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!