Rus dilini öyrənək - Mürəkkəb cümlə

Rus dilini öyrənək - Mürəkkəb cümlə
Dərslər
10.09.2017 21
Iki və daha çox sadə cümlənin məna və tələffüzə görə birləşməsindən əmələ gəlib müəyyən bir fikri ifadə edən cümlələr mürəkkəb cümlə (сложное предложение) adlanır.

Sadə cümlələr mürəkkəb cümlə əmələ gətirmək üçün iki əsas üsulla birləşirlər:

1) bağlayıcılar və nisbi əvəzliklərlə əvəzlikli zərflərdən ibarət bağlayıcı sözlərlə;

2) intonasiya vasitəsi ilə (bağlayıcı və bağlayıcı sözlər olmadan).

Bağlayıcı və bağlayıcı sözlərlə sadə cümlələrin birləşməsindən əmələ gələn mürəkkəb cümlələr də öz növbəsində iki cür olur: tabesiz mürəkkəb cümlə (сложносочиненное предложение) və tabeli mürəkkəb cümlə (сложноподчиненное предложение).



Iki və daha artıq sadə cümlə tabesizlik bağlayıcıları vasitəsi ilə birləşərək tabesiz mürəkkəb cümlə əmələ gətirir. Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir-biri ilə birləşdirici (соединительный), inkar (противительный) və bölgü bildirən (разделительный) bağlayıcılarla əlaqələndirilir. Bu bağlayıcılar aşağıdakılardır: и, да (i mənasında), да и, ни… ни, тоже, также, а, но, да (но mənasında), зато, однако, же; или (иль), либо, то… то, не-то… не то, го-ли… то-ли. Məsələn:

Запел горн, и колонна двинулась к реке, Грачи прилетели, а весны не принесли. Ни волны на море, ни ветерка в небе. Iki və daha artıq sadə cümlə tabelilik bildirən bağlayıcı və bağlayıcılı sözlərlə birləşib tabeli mürəkkəb cümlə əmələ gətirir. Tabeli mürəkkəb cümlələr baş (главное) və budaq (придаточное) cümlələrə ayrılır. Burada baş cümlə budaq cümlənin özünə tabe etdirir. Tabeli mürəkkəb cümlələrdə (budaq cümlədə) aşağıdakı sözlər bağlayıcı kimi çıxış edir: что, чтобы, будто, как будто, если, раз, хоть, словно, как только, с тех пор как, до тех пор пока, так как, потому что» оттого что, ввиду того что, вследствие того что, благодаря тому что, для того чтобы, с тем чтобы.

Budaq cümlədə aşağıdakı bağlayıcı sözlər də ola bilər: müxtəlif hal formalarında кто, что, какой, который, чей, сколько—nisbi əvəzlikləri; где, куда, откуда, почему, зачем, когда, как — zərfləri və s.

Bağlayıcı sözlərin bağlayıcılardan fərqi ondadır ki, birincilər (bağlayıcı sözlər) cümlə üzvü olur.

Budaq cümlənin aşağıdakı növləri var:



1. mübtəda budaq cümləsi (придаточное подлежащее),

2. xəbər budaq cümləsi (придаточное сказуемое),

3. Təyin budaq cümləsi (придаточное определительное),

4. Tamamlıq budaq cümləsi (придаточное допални-тельное).

5. Zərflik budaq cümlələri aşağıdakı qruplara bölünür:

6. zaman budaq cümləsi (придаточное времени),

7. yer budaq cümləsi (придаточное места),

8. səbəb budaq cümləsi (придаточное причины),

9. məqsəd budaq cümləsi (придаточное цели),

10. şərt budaq cümləsi (придаточное условия),

11. güzəşt budaq cümləsi (придаточное уступительное),

12. tərzi-hərəkət və dərəcə budaq cümləsi (придаточное образа действия и степени).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!