Rus dilini öyrənək → Vasitəli və vasitəsiz nitq

Rus dilini öyrənək → Vasitəli və vasitəsiz nitq
Dərslər
10.09.2017 59
Rusca danışıq və ya yazı nitqində biz başqasının sözlərindən də istifadə edirik. Başqasının, özgənin nitq və ya sözləri iki üsulla verilə bilər: 1) vasitəsiz nitq (прямая речь) və 2) vasitəli nitq (косвенная речь). Əgər danışan və ya yazan adam başqasının sözləriyni, nitqini heç bir dəyişiklik etmədən verərsə, belə nitq vasitəsiz nitq hesab olunur. Məsələn: Рауф просит бабушку: «Расскажи другую сказку о животных».

Vasitəsiz nitqi, adətən, müəllifin sözləri müşayiət edir. həmin sözlər nitqin kimə aid olduğunu aydınlaşdırır. Vasitəsiz nitq dırnaq içərisinə alınır. Azərbaycan dilində olduğu kimi, rus dilində də vasitəsiz nitq müəllifin sözlərindən sonra, əvvəl və ortada gələ, işlənə bilər. Belə halda vasitəsiz nitqdə hansı durğu işarələrindən istifadə edilməlidir?

1) Əgər vasitəsiz nitq müəllifin sözlərindən sonra gələrsə, vasitəsiz nitqdən qabaq iki nöqtə qoyulur və birinci söz böyük hərflə yazılır. Vasitəsiz nitq dırnağa alınır. Məsələn: Корчагин спросил: «Кто командир?»

2) Vasitəsiz nitq müəllifin sözlərindən əvvəl gələrsə,dırnaq açılır, vasitəsiz nitqdən sonra dırnaq bağlanır, vergül və tire qoyulur. Məsələn: «Задачу решили»,—сказали ученики шестого класса.

3) Əgər vasitəsiz nitqi müəllifin sözləri qırırsa (parçalayır, hissələrə ayırırsa), burada bir neçə hal ola bilər. Əksər hallarda müəllifin sözlərindən əvvəl və sonra verkül və tire qoyulur, vasitəsiz nitq isə dırnaq içərisində yazılır. Məsələn: «А мы, — сказал педагог, — вперед идем!»

Danışan və yazan adam başqasının sözlərini dəyişməmiş şəkildə də verə bilər. Əgər başqasının sözləri dəyişilmiş halda verilərsə, bu vasitəli nitq adlanır. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi budaq cümlələrin, yəni tabeli mürəkkəb cümlələrin yaranmasına səbəb olur. Müqayisə edək:

«Мы знаем, за что боремся», — говорили рабочие (vasitəsiz nitq).

«Рабочие говорили, что они знают, за что борются» (vasitəli nitq).

Vasitəsiz nitq vasitəli nitqə çevriləndə çox hallarda что və чтобы bağlayıcılarından istifadə edilir.

Rusca danışıq nitqində dialoqdan daha geniş istifadə edilir. Dialoq, bildiyiniz kimi, iki və daha artıq şəxsin danışığına deyilir. Müxtəlif məlumatlardan və suallardan düzələn dialoq replika adlanır. hər replika dırnaq içərisində yazılır və hər iki tərəfdən tire ilə ayrılır. Nəsr əsərlərində hər bir dialoq replikası, adətən, təzə sətirdən yazılır, ondan əvvəl tire qoyulur, dırnaq isə qoyulmur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!