Ana dilimizi sevək və sevdirək - İnşa

Ana dilimizi sevək və sevdirək - İnşa
Dərslər
10.09.2017 152
İnsanlar bir-birləri ilə ünsiyyət yaratmaq üçün dildən istifadə edirlər. Hər bir xalqın özünəməxsus dili var. Lakin elə xalqlar da var ki, öz dilləri yoxdur və başqa ölkənin dilindən istifadə edirlər. Bu dövlətlərin dili ölüb xalqı yaşayır.
Bildiyimiz kimi uzun müddət SSRİ-nin tərkibində olmuşuq. Buna baxmayaraq, bizim müqəddəs dilimiz ölməyib, hələ də yaşayır. Ancaq öz dilini bəyənməyib başqa dildə danışanlar da az deyil ölkəmizdə. Halbuki öz dillərini çox yaxşı bilirlər, sadəcə dəyərini anlamırlar. Dilimizin əzizliyindən, müqəddəsliyindən xəbəri yoxdur o insanların. Ancaq öz dilimizin qədrini bilməliyik, onu daim qorumalıyıq. Çünki biz dilimizi qorumasaq başq xalqlar da bizə hörmət etməz.
Təəssüflər olsun ki, ölkəmizdə dilini bilməyən "ziyalılar” da var. Şəxsən mən onların danışıqlarını izləyəndə utanıram. Həmin insanlara yazığım gəlir. Çünki dilimizin gözəlliyindən onların da xəbəri yoxdur.
Hamımız analarımızın laylaları ilə böyümüşük. Həmin laylaları heç vaxt unutmuruq. Çünki o bizə əziz, doğma gəlir. Xoş səslənir. Axı o laylalar, nağıllar, oxşamalar bizim öz doğma dilimizdədir- Azərbaycan dilindədir. Bizim dilimiz dəyərlidir, əzizdir, müqəddəsdir. Bu gözəl dili biz qorumalıyıq.Öz dili olmayan xalqlar daim dil həsrəti çəkir. Amma biz dilimizin qədrini bilmirik. Hansısa başqa dildə danışırıq. Biz də dili olmayan xalqlar kimi onu itirə bilərik. Öz əllərimizlə məhv edə bilərik onu. Sonra da peşmanlıq hissi bizi məhv edəcək. Hələ gec deyil. Əvvəl qədrini bilməmişik, qorumamışıq düzdür, amma indi qədrini bilək, indi qoruyaq heç olmasa. Öz dilimizdə danışaq. Onu məhv etməyək! Ana dilimizi sevək və sevdirək!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!