Əllər nəyə lazımdır? - İnşa

Əllər nəyə lazımdır? - İnşa
Dərslər
10.09.2017 57
İnsan yaradılmışların ən kamilidir. Yaradan insanı elə yaratmışdır ki, onun bütün orqanları bir - biri ilə əlaqədə olub bizim gündəlik həyat və fəaliyyətimizi təşkil edir. Düzdür bu orqanları heç cür bir -birindən ayırıb bu orqan digərindən daha vacibdir demək olmaz. Ancaq əllərin rolu həyatımızda danılmazdı. Əllər nəyə lazımdır? - ələr bəlkə də 1-ci bizim müvazinətimizi təmin edən orqandır. Biz hamımız ip üstündə gəzən kəndirbazın, hər hansı  bir hərəkəti yerinə yetirən akrabatın əllərindən necə istifadə etdiyini dəfələrlə görmüşük.Biz hamımız hündür bir səkinin üstü ilə gedərkən və ya çay,su arxı üzərində qoyulmuş tirin üzərindən keçərkən əllrimizi  yana açırıq. Bu bizim özümüzü düz saxlamağa kömək edir. Bundan başqa demək olar ki, insan gündəlik tələbatlarını ödəmək üçün əllərindən istifadə edir. Əlimizlə gördüyümüz bütün işləri sadalamağa ehtiyac olmasa da baş barmağın rolunu qeyd etmək vacibdir. Onsuz əl bu qədər önəmli ola bilməz. Təkcə elə bu misal Yaradanın insanı necə mükəmməl və qüsursuz yaratdığı göstərir. Bütün bunlardan o nəticəni çıxarmaq olar ki, Yaradanın bizə bəxş etdiyi  sağlamlığın qədrini bilmək və hərbir sağlam və xoşbəxt an üçün dəfələrlə şükür etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!