Üç rəngli bayrağım - İnşa

Üç rəngli bayrağım - İnşa
Dərslər
07.11.2017 19 559
Qədimdə insanlar öz tayfalarına bayraq seçirdilər.Bayrağa həm də sancaq deyirdilər.Qədimdə Türk sancağının üzərində qurd şəkli var idi.

Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2- ci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək  onu Dövlət bayrağı elan edib.

2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev  Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi  haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını,
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini,
Yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Bayrağımız qürur mənbəyimizdir! Ulu öndər bayrağımız haqqında demişdir:  - "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."

Ölkəmizdə bayrağa yüksək qiymət verilir. 2007 - ci il noyabrın 17 - də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Meydanın təntənəli açılışı  2010 -cu il sentyabrın 1 - də Azərbaycan Respublikasının Prezidenti cəab İlham Əliyev tərəfindən keçirilmişdir.

Ginnes Dünya Rekordları Təşkilatı 2010 -cu il mayın 29 -u Azərbaycanın Dövlət bayrağı dirəyini ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Mən bayrağımı çox sevirəm!!!скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!