Qürbətdəki Şuşam - İnşa

Qürbətdəki Şuşam - İnşa
Dərslər
10.09.2017 40
Mən burada kitablardan oxuduğum, televizorda baxdığım Şuşa haqqında yazmayacam. Mənim qeydlərim Şuşanı görmüş, Cıdır düzündə gəzmiş, İsa bulağından su içmiş böyüklərin dediklərinə əsaslanır.Biz tərəfdə Şuşaya Qala deyirlər. Bu Şuşanı tikən yaradan Pənah Əli xanın adı ilə bağlıdır. O, yeddi qat dolama yolun sonunda yəni, bir tərəfi sıldırım qaya olan dağın zirvəsində şəhər salmaqla əslində düşmənlərdən müdafiə olunmaq üçün, basılmaz qala tikmişdir və sonralar Şuşa bir çox döyüşlərdə bu ad doğrultmuş, yaxın ətrafda yaşayanların dilində Pənahabad ən çox Qala adlanmışdır. Vaqifin adı çəkiləndə, Topxana, Cıdır düzü, İsa bulağı deyiləndə Şuşa yada düşür. Məlum səbəblərdən xain qonşularımız və ikiüzlü havadarlarının gördüyü işlər sayəsində 1987-ci ilin yayından bu tərəfə mənim ailə üzvlərim Şuşaya gedə bilmir. Onlar həmin yay Cıdır düzündə olublar. Əgər buhadisələr baş verməsəydi sözsüz ki, mən də ən azı 5-6 dəfə orada olmuş, gəzməli, görməli yerlərə baş çəkmişdim. Ancaq mən orada olmasamda özümü sanki, orada olmuş kimi hiss edirəm. Yəni nə vaxtsa Şuşanı görsəm bu mənim ilk görüşüm yox, elə bil, təkrar görüşüm olacaq - deməli qürbətdə olan Şuşa deyil mənəm. 1992-ci ilin 8 mayı rəsmi olaraq Şuşanın işğalı günü kimi tanınır. İlk baxışdan elə görünür ki, biz Şuşasızlıqla barışmışıq. Məncə bu heç də belə deyil. Bu ötən müddət tarixin səhnəsində çox qısa bir tamaşadır -qoy düşmən sevinməsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!