Xocalı - İnşa

Xocalı - İnşa
Dərslər
10.09.2017 34
Xocalı şəhəri  Ağdam ilə Xankəndinin arasında, dağlar qoynunda yerləşir. Xocalı adlı yaşayış məskəni haqqında məlumatlar lap qədimlərə gedib çıxır. Uzun illər ərzində Xocalı kənd, qəsəbə, şəhər olmaqla vəhşi ermənilərin havadarları ruslarla birlikdə dağıtdıqları günə qədər daim inkişaf etmiş, çiçəklənmişdir. Xocalı faciəsi gününə qədər Xocalı çoxlu gözəl və müasir yaşayış binaları, uşaq bağçaları, məktəbləri, xəstəxanaları, mədəniyyət evləri, hava limanı, müxtəlif obyektləri olan təbiətin ən gözəl guşələrindən biri olan Qarabağın incisi, dünyanın ən gözəl şəhərlərindən biri idi. O, qanlı gecədə vəhşi erməni quldurları rus əsgərlərinin köməkliyi ilə hər tərəfdən köməksiz qalmış Xocalıya hücuma keçdilər.Şəhər alışıb yamağa başladı.Xocalılar son ana qədər bacardıqları kimi müdafiə olundular.Ancaq azğın düşmən həm sayca çox, həm də yaxşı silahlanmışdı.Soyuq fevral gecəsində gözlərini qan örtmüş vəhşilər qabaqlarına çıxan qadını, uşağı, qocanı öldürür olmazın işgəncələrin verirdilər.Hər tərəfdən sıxışdırılan Xocalılar ətraf meşələrə, dağlara səpələndilər.Əvvəlcədən yolları, keçidləri bağlamış ermənilər burada da onlara aman vermədi.Qaçıb gizlənənlər isə soyuqdan donub öldülər. Bu gün də Çingiz Mustafayevin çəkdiyi kadrlarl baxanda, onun kamera arxasındakı hıçqırtılarını eşidəndə elə his edirsən ki, sanki bu qanlı hadisə, elə bu gecə baş verib. Bizim borcumuzdu ki, bu hadisəni həmişə dünən olmuş kimi yadda saxlayaq. Erməni kimi vəhşilərlə qonşu olduğumuzu heç vaxt unutmayaq!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!