Ən sevdiyim ədəbi qəhrəman - İnşa

Ən sevdiyim ədəbi qəhrəman - İnşa
Dərslər
10.09.2017 15
Ən sevdiyim yazıçı İlyas Əfəndiyevdir. O, 1914-cü ildə Füzuli rayonunda doğulmuşdur. İ. Əfəndiyev xalqımıza zəngin bir bədii irs qoyub getmiş, Azərbaycan nəsrinin və dramaturgiyasının inkişafında böyük xidməti olan sənətkardır. O, uzun illər səhməyən düşməyən pyesləri ilə teatr sənətinin, yeni aktyorlar nəslinin inkişafında böyük rol oynamış, "İ. Əfəndiyev teatrı”nı yaratmışdır. O, xeyli sayda romanlar, povestlər, hekayələr, oçerklər yazmışdır. İ.Əfəndiyev  "Qarı dağı”, "Şəhərdən gələn ovçu”, "Xəncər”, "Yasəmən ağacı” kimi hekayələrin müəllifidir. Həmçinin yazıçı, "Geriyə baxma qoca!” və "Üçatılan” romanlarında öz avtoportretini yaratmışdır.



İ.Əfəndiyevin ən maraqlı əsərlərindən biri də "Körpüsalanlar”dır. Bu əsərdə bir sıra surətlər- Səriyyə, Adil, buldozerçi Qərib, Kərəmxan və Soltan təsvir edilmişdir. Səriyyə yol texnikumunu bitirmiş 19 yaşlı bir qızdır. Onun həyat yoldaşı Adil isə yollar idarəsində mühəndis işləyirdi. O, ehtiyatlı, zəhmətkeş, ciddi bir obrazdır. Səriyyə isə onun əksinə bir qədər dəlisov təsvir edilib. Bəlkə də bu onun yaşı ilə də əlaqədardır.



Bir müddət keçdikdən sonra Adili daha yüksək vəzifəyə təyin edirlər. Onlar (Səriyyə ilə Adil) rayona köçürlər. Səriyyə burada buldozerçi Qərib, Kərəmxan və Soltanla tanış olur və bu onun həyatını tamamilə dəyişir. Bütün gününü həmin onlarla keçirir və zaman keçdikcə Adildən uzaqlaşır. Buldozerçi Qəribə aşiq olur. Hər şeyə baxmayaraq, Adil onu yenə də sevir, tək buraxmır. O, özlərinin gələcəyi, xoşbəxt yaşaması üçün əlindən gələni edir. Səriyyə isə zaman keçdikcə Qəribə daha da yaxınlaşır. Adil bunu hiss edir, hər şeyi başa düşür, ancaq Səriyyədən ayrılmır. Səriyyənin bu cür hərəkətləri ona çox pis təsir edir. Bunu üzdən bildirməsə də, daxilən əzab çəkir.



Şəxsən mənim ədəbi qəhrəmanım məhz Adildir. O, Səriyyə üçün çalışır, müvəffəqiyyətlər qazanır. Səriyyə isə onun dəyərini anlamır. Adil hər şeyə baxmayaraq, yenə də Səriyyəni sevir. Sonda isə Səriyyə Adili tərk edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!