Rus dili (Hərf və səslərin mahiyyət və kəmiyyətcə uyğunluğu)

Rus dili (Hərf və səslərin mahiyyət və kəmiyyətcə uyğunluğu)
Dərslər
10.09.2017 76
Rus dilində hərflər və səslər arasında birmənalı olmayan mahiyyət və kəmiyyət uyğunluğu qurulur.

Eyni bir hərf müxtəlif səslər ifadə edir, məsələn, а hərfi [а], [и], [ы] səslərini ifadə edə bilir, bu da saitlərin vurğusuz hecalarda tələffüzünün dəyişikliyindən asılıdır; с hərfi [с], [с’], [з], [з’], [ж], [ш], [щ’] səsləri ifadə edir, bu da müxtəlif xüsusiyyətlərdə samitlərin bənzərliyi ilə bağlıdır.



мал [мал]



часы [ч’ис́ы]



жалеть [жыл’́эт’]



сад [сат]



гость [гос’т’]



сдать [здат’]



сделать [з’д’́элат’]



сжать [жжат’]



расшить [рашш́ыт’]



расщепить [ращ’щ’ип’́ит’]



Və əksinə: eyni səs yazıda müxtəlif hərflərlə göstərilir, məsələn [и] səsi и, а, я, е hərfləri ilə gösrətilə bilər.



мир [м’ир]



часы [ч’ис́ы]



ряды [р’ид́ы]



певун [п’ив́ун]



Əgər söz hərf və səslər arasında yaranan kəmiyyət nisbəti baxımından təhlil olunarsa, aşağıdakı mövcud olan münasibətləri ortaya çıxarmaq olar:



1. Bir hərf bir səs işarə edə bilir:



шов [шоф];



2.Bir hərf 2 səs ifadə edir,  я, ю, е, ё həfləri sözün əvvəlində, sait və ayırıcı işarələrdən sonra



яма [й’́ама]



3.Hərfin  səs mahiyyəti olmaya da bilər:



местный [м’́эсный’] (tələffüz olunmayan səs),



мышь [мыш] (yumşaltıcı işarə qrammatik funksiyada sərtliyinə/yumşaqlığına görə tək  samitdən sonra).



4.1 hərf səs əlaməti ola bilər:



конь [кон’],



банька [б́ан’ка]



5.Bir hərfsəs və digər səsin əlamətlərinə işarə oluna bilər:



мял [м’ал] (burada я hərfi [а] səsini və [м’] samitin yumşaqlığını ifadə edir).



6.2 hərf 1 səs göstərir:



моется [м́оица],



нёсся [н’́ос’а].



Elə görsənə bilər ki, 3 hərf 1 səsi ifadə edə bilir, məsələn: мыться [м́ыца], lakin bu belə deyil. [ц] səsi т və с hərfləri ilə göstərilib, ь yumşaltma işarəsi isə qrammatik funksiyanı yerinə yetirərək, məsdər formanı ifadə edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!