Rus dili (Heca)

Rus dili (Heca)
Dərslər
10.09.2017 20
Fonetik heca — tələffüz zamanı sözün asanlıqla ayrılan hissəsidir. Sözdə saitlərin sayı qədər heca var. Bir hecada 2 sait ola bilməz.

Hecalar vurğulu və vurğusuz ola bilər.

Rus dilində hecaların əksəriyyəti saitlərlə bitir, yəni ki acıq heca sayılır:

молоко [ма-ла-ќо].



Hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə edəcəyik. V işarəsi latınca sait (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.

Belə ki, bu ardıcıllıqda CVCVCV  hecaya bölgü yalnız 1 cür ola bilər: CV-CV-CV.

Həmçinin rus dilində samitlə bitən hecalar da var – qapalı hecalar.



Qapalı hecalara rast gəlirik:

1) fonetik sözün sonunda: вагон [ва-ѓон],

2) sözün ortasında 2 və daha çox samitin birləşməsində

а)  [й']-dən sonra hər hansı başqa bir samit gələrsə: война [вай'-н́а],

б)  cingiltili tək samitlərdən sonra ([л], [л'], [м], [м'], [н], [н'], [р], [р']) kar/cingili etibarilə qoşa samit gələrsə: лампа [л́ам-па].



Samitlərin birləşməsi olan digər hallarda heca sərhədi samitlər qrupunun qarşısından keçir:



будка [б́у-тка],

весна [в'и-сн́а]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!