Rus dili (Keçirilmə)

Rus dili (Keçirilmə)
Dərslər
10.09.2017 59
Fonetik hecanı keçirilən hecadan fərqləndirmək lazımdır. Baxmayaraq ki, ərsər hallarda keçirilmə hecaya bölünən yerdə yerinə yetirilir  (мо-ло-ко, лам-па), lakin bir çox halda keçirilən hecayla fonetik heca üst-üstə düşməyə bilər.



Birincisi, keçirilmə qaydaları sətirdə 1 sait hərfi saxlamaq və keçirməyə imkan vermir, ancaq o hərfin ifadə etdiyi səs fonetik heca yarada bilir. Məsələn, яма sözü keçirilə bilməz, amma fonetik hecalara bölünə bilər [й'а́-ма].



İkincisi, keçirilmə qaydalarına görə, sözdə eyni samit hərfləri bölmək lazımdır:



ван-на

кас-са



Fonetik hecanın sərhədləri bu samitlərin qarşısından keçir, bununla belə eyni samitlərin birləşdiyi yerdə biz real olaraq bir uzun samit səs tələffüz edirik:



ванна [ва́-на]

касса [ка́-са].



Və üçüncüsü, keçirilmə zamanı sözün morfem (sözün mənalı hissəsi: kök, sözönü, şəkilçi) sərhədlərini də nəzərə almaq lazımdır. Morfemdən bir hərf də ayırmaq məsləhət görülmür, ona görə də keçirilmə belə olmalıdır:



раз-бить, лес-ной,



lakin bu halda fonetik hecanın sərhədləri fərqli keçir:



разбить [ра-зб'и́т'], лесной [л'и-сно́й'].скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!