Rus dili (Vurğu)

Rus dili (Vurğu)
Dərslər
10.09.2017 112
Vurğu — sözdə hecalardan birini (daha doğrusu, sözdəki saiti) daha qüvvətli və fərqli uzunluqda tələffüzüdür.

Belə ki, fonetik olaraq rus vurğusu qüvvə və mahiyyət tiplərinə bölünür.

Digər rus vurğusunun fəqrqləndirən xüsusiyyətləri – onun yerdəyişməsi və hərəkətliyidir.

Rus vurğusu müstəqildir. Onun yerdəyişməsi onun sözdə hər hansı hecaya düşməsindən asılıdır:

Де́-ре-во sözündə vurğu birinci hecaya

До-ро́-га, sözündə vurğu ikinci hecaya

Мо-ло-ко́. sözündə vurğu ücünçü hecaya düşür

Vurğu bir hecadan digər hecaya keçə bilir. Bu halda mənaca fərqli sözlər yaranır - omonimlər:

За́-мок – за-мо́к

Му-ка́ – му́-ка

Ат-ла́с – а́т-лас

Bu vurğunun yerdəyişməsidir.

Vurğunun hərəkətliliyi sözün qrammatik formasından asılı olaraq əsasdan axırına keçməsindədir. Bir sözlə, eyni mənalı sözlərdə qrammatik formanın tələbinə görə vurğu bir hecadan başqa hecaya keçir:

Го́род (adlıq halın təki) – города́ (adlıq hal və təsirlik hallarının çəmidir)

но́ги — ноги́ (ayaqlar - ayağın)

Mürəkkəb sözlərdə (bir necə köklü söz) bir necə vurğu ola bilər: рибо́росамолётострое́ние, lakin çox mürəkkəb sözlərdə əlavə vurğular olmur: пароход [парах́от].

Rus dilində sözün tərkibində ё varsa, həmişə vurğuludur və vurğu işarəsi bu hərfin üzərinə qoyulmur.

Rus dilində vurğu aşağıdakı funksiyaları yerinə yetirə bilir:

1) təşkilati  — vurğu birhecalı köməkçi sözlərin üzərinə düşmür. Lakin bəzən bir hecalı önşəkilçilər və не ədatı vurğu ilə tələffüz olunur. Bu halda həmin önşəkilçi və ya ədatdan sonra gələn müstəqil söz öz vurğusunu itirir: в поля [фпал'а́], он-то [́онта]. Сестры́ не́ было́ до́ма;

2) mənaca fərqləndirici — vurğu fərqləndirə bilər

а) müxtəlif sözləri, bu da rus vurğusunun müxtəlif yerdəyişməsi ilə bağlıdır: му́ка — мука́, за́мок — замо́к,

б)  sözləri qrammatik formalarına görə: зе́мли — земли́.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!