Rus dili (Fonetik təhlil)

Rus dili (Fonetik təhlil)
Dərslər
10.09.2017 42
FONETIK TƏHLIL

Sözün fonetik təhlili aşağıdakı sxem üzrə həyata keçirilir:

1.      Sözün vurğusunu qoyaraq transkripsiyasını vermək.

2.      Defislərlə (və ya vertikal xətlərlə) transkripsiyada heca bölgüsünü işarə etmək.

3.      Hecaların sayını təyin edib, vurğulu hecanı işarə etmək.

4.      Hər bir hərfə müvafiq olan səsi göstərmək. Hərflərin və səslərin miqdarını təyin etmək.

5.      Sözün hərflərini alt-alta yazmaq, yanında – səslər, onların uyğunluğunu gösrətmək.

6.      Hərflərin və səslərin sayını göstərmək.

 

Səsləri aşağıdakı parametrlərə görə təsvir etmək:

· sait: vurğulu / vurğusuz;

· samit: qoşalığını qeyd etməklə kar / cingiltili, qoşalığını qeyd etməkləsərt / yumşaq.

Fonetik təhlilin nümunəsi:

его [й'и-вó] 2 heca, ikinci vurğuludur

[й'] samit, cingiltili qoşalaşmayan, yumşaq qoşalaşmayan

е — [и] sait, vurğusuz

г — [в] samit, cingiltili qoşa, sərt qoşa

о — [́о] sait, vurğulu

3 hərf, 4 səs.

Fonetik təhlil zamanı hərfi ifadə etdiyi səslə birləşdirməklə hərf və səslərin uyğunluğu göstərilməlidir (istisna olaraq samitin sərt/yumşaqlığını ardınca gələn sait hərflə işarə edilməsi). Buna görə də 2 səs ifadə edən hərflərə və 2 hərflə ifadə olunan səslərə diqqət yetirmək vacibdir. Əsasən də, bir halda öndə gələn qoşa samitin yumşaqlığını ifadə edən (bu halda da o, öndə gələn samit kimi, samit səslə birləşir), digər halda isə fonetik ağırlıq daşımadan (bu halda transkripsiya mötərizələrində xətt qoyulur) qrammatik funksiyanı yerinə yetirən yumşaltma işarəsinə diqqət yetirilməlidir, məsələn:

к — [к]

н — [н]

о — [о]

о — [о]

н — [н']

ч — [ч']

ь

ь — [ — ]



Xüsusilə diqqət yetirin ki, samit səslərdə qoşalıq kar/cingiltili etibarilə və sərt/yumşaqlıq etibarilə ayrı qeyd olunur, çünki rus dilində yalnız tamamən qoşalaşmayan samitlər ([й'], [ц], [ч'], [щ']) deyil, hətta bu əlamətlərdən birinə görə qoşalaşmayan samitlər də göstərilir, məsələn: [л] — cingiltili qoşalaşmayan, sərt qoşa, [ж] — cingiltili qoşa, sərt qoşalaşmayan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!