El igidləri ilə tanınar - İnşa

El igidləri ilə tanınar - İnşa
Dərslər
10.09.2017 126
El igidləri ilə tanınar. Neçə-neçə igidlər yetişdirib bu torpaq! Babəklər, Koroğlular, qoç Nəbilər yetişdirib bu torpaq! Hər qılıncı qalxanda yüz-yüz başlar kəsən, hər nərə çəkəndə dağları, daşları pərən-pərən salan cəngavərlər yetişdirib bu torpaq! Qəhramanlar yurdu. Odlar diyarı. Azərbaycan torpağı. Əsrlər boyu igidlik göstərən azəri oğullarından biri də Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu oldu. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ilk qəhramanlıq dərsini ailəsində, partizan atasından almışdı. Bu dərs adi dərs deyildi. Müharibədən sonrakı illərdə iş elə gətirmişdi ki, rəsmi dairələr partizan Əhmədiyyəni, onun müqavimət hərəkatındakı mübarizəsini heç bir əsas olmadan şübhə altına alırdılar. Zaman keçdikcə vəziyyət dəyişirdi, yazıların, radio-televiziya verlişlərinin ahəngi başqalaşdı. Əhmədiyyənin-əfsanəvi "Xarqonun” şəkilləri ekran və mətbuat səhifələrini bəzədi, şöhrəti yaxın-uzaq ölkələrə yayıldı. Bütün bunlar, eləcə də atasından eşitdiyi ibrətlər Mikayıla çox şey anlatdı. Başlıcası isə o, sadəliyi qədər də böyük olan bir həqiqəti özü üçün kəşf etdi, başa düşdü ki, insan ləyaqəti ən uca, ən ali hissdir, insan canı bahasına da olsa, özünün, ailəsinin, xalqının, vətəninin ləyaqətini qorumalı, onu hər şeydən yüksəkdə tutmalıdır. Məhz bu hiss də Mikayılı Qarabağ cəbhəsinə gətirib çıxartdı. Mikayılın və onunla cəbhəyə yollanan döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü. Onlar həm Xankəndinin bir neçə kilometrliyində, səfalı dağ dşündə yerləşmiş Cəmilli kəndini düşmənlərdən qorumalı, həm də əhalini aclıqdan xilas etmək üçün buraya qonşu Kosalar kəndindən taxıl gətirməli idilər. Bu döyüşdə Mikayıl qəhramanlıq nümunəsi göstərərək öz həyatı bahasına, düşmən atəşini öz üzərinə cəlb etməklə dəstəsini ölümdən xilas etdi. Əfsanəvi partizan ailəsinin igidlik və rəşadət salnaməsinə biz şöhrət səhifəsi də həkk olundu. Belə qəhramanlar heç vaxt unudulmur. Xalqımız Vətən uğrunda canını qurban verən igid övladlarını həmişə yad edir, nları əbədi xatirə kimi qəlbində yaşadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!